Naxçıvanda uşaqların bayramı qeyd edilib

 

 

Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti muxtar respublikanın Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların rəngli dünyası" adlı bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, 300-ə yaxın uşaq "Böyük bağ" adlanan ərazinin qarşısından tədbirin təşkil olunduğu Əcəmi seyrəngahına yürüş edib.

Bayram tədbirində əvvəlcə uşaqlara daim böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Qeyd olunub ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə, eləcə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının sağlamlıqlarının qorunması, təhsili, asudə vaxtının səmərəli təşkili, həmçinin istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər görülür. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə belə möhtəşəm tədbirin keçirilməsi uşaqlara göstərilən yüksək qayğının bariz nümunəsidir. Bugünkü bayram tədbiri həm ay ərzində muxtar respublikanın bütün rayonlarında keçirilən uşaqlarla bağlı maarifləndirici tədbirlərin yekunudur.

Sonra Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının balaca fidanları şeirlər səsləndirib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, uşaq musiqi məktəblərinin yaradıcı kollektivləri bir-birindən maraqlı musiqi rəqs nümunələri ilə çıxış ediblər.

Bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların şəhid ailələrinin təminatına dəstək fondu ("YAŞAT" Fondu), Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən şəhid, qazi ailələrinin uşaqlarına, sağlamlıq imkanları məhdud balacalara, Ordubad rayon internat tam orta məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub. Yeniyetmə gənclər üçün nəşr olunan "Məktəbli" qəzetinin nömrələri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin digər yaradıcı şəxslərin, kollektivlərin əl işləri, rəngarəng stendlər uşaqlarda böyük maraq yaradıb. Naxçıvan Şəhər Gənclər İdman İdarəsi, Modern Psixoloji Mərkəz əyləncəli oyunlar, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi müxtəlif müayinələr təşkil edib. Naxçıvan Muxtar Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət nazirliklərinin kollektivləri öz fəaliyyətləri ilə tədbirə töhfə veriblər. Eyni zamanda iştirakçıların asudə vaxtının, mədəni istirahətinin təmini üçün ərazidə iaşə xidmətləri təşkil olunub.

Tədbir uşaq musiqi məktəbləri kollektivlərinin bədii kompozisiyası ilə davam edib.

 

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.5.