"Fransa
siyasətində müstəmləkəçilik
xətti aydın görünür"
Törətdiyi vəhşiliklər Parisin
əsl simasını
nümayiş etdirir
Demokratiyadan, insan
hüquqlarından dəm
vuran Fransanın siyasətində bunların
heç birini görmək mümkün
deyil. Uzun illərdir müstəmləkə
siyasəti yürüdən
bu ölkənin həm daxili, həm də xarici siyasətinin yarıtmaz vəziyyətdə
olduğu açıq-aydın
ortadadır.
Azərbaycanı daim
müxtəlif bəhanələrlə
günahlandıran, ölkəmizə
qarşı qarayaxma kampaniyaları həyata keçirən Parisin son olaraq Yeni
Kaledoniyada dinc etirazçılara qarşı
törətdiyi vəhşiliklər
də Fransanın əsl simasını göstərdi.
Ümumiyyətlə, dənizaşırı ölkələrin
xalqlarının müstəqilliyini
daim boğan, onların azadlığına
mane olan Fransanın özünün
demokratiya ölkəsi
kimi təbliği gülüncdür. Çünki
nə qədər pərdələnməyə çalışsa
da, törətdiyi cinayətləri, yürütdüyü
neokolonialist siyasəti
gizlədə bilməz.
Milli Məclisin
deputatı Aydın Mirzəzadə qəzetimizə
açıqlamasında qeyd
edib ki, Fransa özünü müasir və demokratik ölkə hesab etsə də, bu gün
onun xarici siyasətində müstəmləkəçiliyin
qalıqları kifayət
qədər bariz görünür. Ölkənin
indiki prezidenti Emmanuel Makron isə bu siyasəti
daha da gücləndirməyə
çalışır: "Nəticədə dünya
Fransanın öz müstəmləkələrindən əl çəkmədiyinin,
orada yerli xalqın azadlıq istəyini boğduğunun
şahidi olur. Buna misal kimi
Yeni Kaledoniyanı, Polineziyanı göstərmək
olar. Fransanın burada həm siyasi, həm iqtisadi maraqları var. Ancaq dünya
bu gün iqtisadi maraqları tam başqa formada həyata keçirir. Fransa isə buna hazır
deyil. Bunun nəticəsidir ki, o, uzaq ada ərazilərini
müstəmləkə kimi
saxlayır və onlara müstəqillik vermək istəmir. Ancaq tarixin təkərini
dayandırmaq mümkün
deyil".
Deputat vurğulayıb
ki, Fransa gec-tez onların müstəqilliyini tanımağa
məcbur olacaq. Bu gün dünya
buna israrlıdır, dünyada gedən proseslər bunu tələb edir. Müstəqillik arzusunun üç-beş il, lap onilliklərlə qabağını almaq olar, amma ümumilikdə
həmin yerli xalqlar dünya birliyində öz yerini tutmağa çalışır. Azərbaycan
bu məsələdə
həmin xalqları siyasi cəhətdən dəstəkləyir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.6.