"Avropa
Parlamenti fəaliyyətini
ədalətsizlik üzərində
qurub"
Belçika polisinin bu təşkilatın
ofisində axtarış
aparması təəccüblü
deyil
"Belçika polisinin
Avropa Parlamenti ofisində axtarış aparması təəccüblü
deyil. Ötən hadisələr göstərir
ki, Avropa Parlamenti, əslində, ədaləti müdafiə
etmək üçün
deyil, yalnız öz maraqlarını təmin etmək üçün toplantı
keçirir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Anar İsgəndərov
deyib. Deputat hesab edir ki,
AP-nin deputatları nəyinsə müqabilində
hansısa maraqlarını
müdafiə edirlər.
Buna keçmiş Azərbaycan-Ermənistan münaqişəsinin
həlli istiqamətində
aparılan danışıqlar
zamanı dəfələrlə
şahidlik etmişik:
"Avropa Parlamentinin ədalətsiz mövqeyi hamıya məlumdur. Erməni tərəfi təcavüzkar idi, ancaq bu təşkilat
bir dəfə də olsun Azərbaycan
torpaqlarının işğal
olunduğunu etiraf etmədi. 2001-ci ilin yanvar ayında Avropa Parlamentinin üzvü olmaqla bu təşkilata ədalət, haqqı müdafiə etmək üçün getdik. Çox təəssüflər
olsun ki, bu parlament şurasının
üzvlərinin əksəriyyəti
Ermənistanın ədalətsiz
mövqeyini müdafiə
etdilər. Azərbaycanın
haqqını, istəklərini
qulaqardına vurdular".
Deputatın sözlərinə
görə, Azərbaycan
BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi məlum 4 qətnamənin
icrasını özü
reallaşdıranda, terrorçuları
qovub öz ərazisindən çıxardanda
Avropa Parlamenti əndişəyə düşdü.
Hətta ölkəmizə
müxtəlif səviyyələrdə
təzyiqlər göstərməyə
də başladı. Amma bu təzyiqlərin
heç bir əhəmiyyəti olmadı.
Azərbaycanda iqtidar-xalq
birliyi və xalqın "dəmir yumruq" kimi Ali Baş Komandan
İlham Əliyevin ətrafında birləşməsi,
Prezidentin qətiyyəti
antiazərbaycançı şəbəkənin
bütün arzu və istəklərini ürəyində qoydu.
Deputat qeyd edib ki, Azərbaycan
2023-cü ilin sentyabrında
antiterror əməliyyatı
ilə suverenliyini tam bərpa edəndə isə Avropa Şurası Parlament Assambleyası buna dözmədi və ölkəmizi parlament sıralarından kənarlaşdırmaq qərarına
gəldi: "Təbii
ki, bu fikir
var idi, amma Azərbaycan tərəfi onu gözləmədi. Bəyanat
verərək bu qurumda fəaliyyətini özü dayandırdı".
A.İsgəndərov hesab edir ki,
bu gün yenə də Avropa Parlamenti Azərbaycana qarşı qərəzini gizlətmir.
Azərbaycanla bağlı
hər cür böhtanlara əl atır. Xüsusilə Fransadan, Almaniyadan olan deputatlar ölkəmizə qarşı
böhtan atmaq uğrunda yarışa giriblər. Ancaq bunlar hamısı əbəsdir. Bu parlamentdə korrupsiya halları kifayət qədər çoxdur. Deputatlarla bağlı şübhələr var,
onlar istintaqa cəlb ediliblər. Bütün bunlar Avropa Parlamentinin heç zaman nümunə ola bilməyəcəyini və
hər hansı bir tövsiyəsinin Azərbaycanın maraqlarına
uyğun olmadığını
göstərir: "Çünki
Avropa Parlamenti ilk gündən Ermənistanın buyurduqlarını
həyata keçirib,
bu isə Azərbaycanın maraqlarına
ziddiyyət təşkil
edib. Bir sözlə, Avropa Parlamenti fəaliyyətini
ədalətsizlik üzərində
qurub".
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.6.