Rüşvətlə işləyən qurum

 

 

"Demokratiyadan dəm vuran Avropa Parlamenti rüşvət korrupsiya yuvasına çevrilib. Avroparlament belə faktlara görə dünyada artıq antidemokratik qurum kimi tanınır. Bu bir daha sübut edir ki, nəinki parlament, Avropada bir sıra strukturlar da böhran keçirir. Dəfələrlə ifşa edilmələrinə baxmayaraq, öz çirkin əməllərini davam etdirən belə qurumların fəaliyyətinə yenidən baxılmalıdır".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat bildirib ki, Avropa Parlamentində rüşvət korrupsiya faktları ilə bağlı mütəmadi olaraq cinayət işləri qaldırılır: "Bir sıra dövlətlərin Avroparlamentdə təmsil olunan deputatları barədə həbs-qətimkan tədbirləri seçilir, özlərinin köməkçilərinin ofisində axtarışlar aparılır. Bir neçə gün əvvəl sözügedən parlamentdə yeni korrupsiya qalmaqalı yaşanıb. Məlumatlara əsasən, artıq bir deputatın köməkçisi haqda cinayət işi qaldırılıb. Bütün bunlar göstərir ki, Avropa Parlamentində qədər demokratik dəyərlərdən insan haqlarından danışılsa da, orada korrupsiya rüşvət halları baş alıb gedir".

Deputat söyləyib ki, iyunun 6-9-da Avropa Parlamentinə keçiriləcək seçkilərlə bağlı olaraq namizədlərarası "mübarizə" genişlənib: "Məsələ elə bir vəziyyətə gəlib çıxıb ki, artıq korrupsiya rüşvət faktları ilə bağlı müxtəlif dövlətlər günahlandırılır. Son qalmaqalın hədəfi Rusiyadır. Guya Rusiya Avropa Parlamentində öz nüfuzunu artırmaq üçün rüşvət verib. Lakin bu, Rusiya tərəfindən təkzib edilib".

Arzu Nağıyev Avroparlamentdə aşkarlanan rüşvət korrupsiya hallarında "erməni izi" barədə danışıb. Bildirib ki, erməniəsilli oliqarxlar avroparlamentarilərə külli miqdarda rüşvət verməkdə ad çıxarıblar: "Avropa Parlamentində nüfuzunu artırmağa çalışan erməni lobbisi müxtəlif deputatların korrupsiyaya cəlb edilməsinə çalışır, eyni zamanda parlamentariləri separatizmi dəstəkləyəcək qərarlar qəbul etmələri üçün rüşvətlə ələ alır. Beləliklə, onlar müxtəlif dövlətləri insan haqlarını tapdalamaqda günahlandırır, ittihamlar irəli sürürlər. Bu faktlar hərtərəfli araşdırılmalı ictimaiyyətə məlumat verilməlidir. Mühüm qərarlar qəbul etməsi lazım olan bir qurumda belə xoşagəlməz halların getdikcə genişlənməsi onun əsl mahiyyətindən xəbər verir".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.6.