Xristian klubunun korrupsiya yuvası

 

 

Avropa Parlamentində rüşvət qalmaqalı bu təşkilatın kimlərinsə sifarişlərini yerinə yetirdiyini təsdiqləyir

 

 

 

"Avropa Parlamentində rüşvət korrupsiya adi bir hala çevrilib bu, artıq heç kimi təəccübləndirmir. Parlamentdə təmsil olunan deputatlar mütəmadi olaraq lobbiçilik fəaliyyəti, cürbəcür dəstəklər adı altında rüşvət qalmaqalları ilə gündəmə gəlirlər".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. Deputatın sözlərinə görə, bu dəfə "Russiagate" faktları ortaya çıxıb Avropa Parlamentinin bəzi deputatları bununla bağlı istintaqa cəlb olunublar. Almaniyada aparılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahında artıq axtarış aparılıb. Bu partiya Avropada ən böyük partiyadır Avropa Parlamentində ən çox səs çoxluğuna malikdir. 2022-ci ilin dekabrında Belçika polisi yenə Brüsseldə onlarca mənzildə ofislərdə axtarış aparmışdı parlamentin vitse-prezidenti Eva Kaili daxil olmaqla, dörd nəfər həbs olunmuşdu. Belçika Prokurorluğunun rəsmi məlumatına görə, istintaqa cəlb edilənlər Avropa Parlamentinin qərarlarına təsir göstərmək məqsədilə üçüncü şəxslərdən külli miqdarda pul hədiyyə almaqda şübhəli bilinmişdilər.

Deputat qeyd edib ki, Avropa Parlamentində bir qrup deputat qəbul olunan qanunlara onun siyasətinə təsir göstərmək üçün özəl şirkətlərlə, şəxslərlə əlaqələrə malikdirlər: "Belə sövdələşmələrdən deputatlar ildə təqribən 9-10 milyon avrodan çox qazanc əldə edirlər. Onlar müxtəlif yollarla hansısa qruplardan, şəxslərdən rüşvət almaqla tez-tez gündəmə gəlirlər. Budur, Avropa Parlamentinin üzü. O parlament ki Azərbaycan kimi müstəqil siyasət həyata keçirən dövlətlərə müxtəlif yollarla təsir göstərməyə çalışır. Daxilində bu boyda problemləri ola-ola, islamofobiya, türkofobiya, azərbaycanofobiya siyasəti həyata keçirir. Demək olar ki, Avropa Parlamentini xristian klubuna çevirərək hətta insanın irqinə, milliyyətinə görə ayrı-seçkiliyə yol verirlər".

V.İsgəndərov vurğulayıb ki, Avropa Parlamenti özünü daxildən təmizləməlidir. Əsl siyasətçilər, keçmişi bu günü təmiz olan insanlar bu parlamentə seçilməli öz ölkələrini təmsil etməlidirlər. Həmçinin beynəlxalq arenada digər ölkələrə ədalətli yanaşma sərgilənməlidir: "Avropa Parlamentinə gələcək seçkilərdə rüşvət, korrupsiya qalmaqalları ilə məşhur olmaqdansa, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə faydalı olmağı arzulayırıq".

 

Ə.QABİLQIZI,

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.6.