Turistlər Numeanı tərk edə bilmirlər

 

 

Qabriel Attal: "Yeni Kaledoniyada vəziyyət gərgin olaraq qalır"

 

 

 

Fransanın Baş nazirinin sözlərinə görə, adada vəziyyət gərgin olaraq qalarkən Yeni Kaledoniyadan turistlərin təxliyəsi ləng templə həyata keçirilir. Bu barədə "Euronews" telekanalı vəbər verir.

Mayın ortalarında Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etiraz aksiyaları, ardınca isə iğtişaşlar baş verib. Adada fövqəladə vəziyyət elan edilib Numea hava limanı iyunun 2-dək kommersiya uçuşları üçün bağlanıb. Hazırda onlarla fransız turist Yeni Kaledoniyanı tərk edə bilmir.

İnsanlar özlərini tərk edilmiş hiss etdiklərini, yerli hakimiyyət orqanları isə adada sakitliyi qorumaq üçün əllərindən gələni etdiklərini deyirlər.

Xatırladaq ki, ötən ayın 14-də Yeni Kaledoniyada Fransa parlamentinin seçki qanunvericiliyinə dəyişiklikləri nəzərdən keçirməsi ilə bağlı etirazlar başlayıb. Toqquşma nəticəsində iki həftə ərzində adada ikisi jandarm olmaqla 7 nəfər həlak olub. Paris fövqəladə vəziyyət elan etməyə adaya əlavə hüquq-mühafizə qüvvələri göndərməyə məcbur olub. Fövqəladə vəziyyət daha sonra ləğv edilib, lakin komendant saatının tətbiqi davam edir. Cümə günü yerli hakimiyyət orqanları Numea hava limanının iyunun 3-ü səhərə qədər kommersiya uçuşları üçün bağlı qalacağını açıqlayıb. Fransa, Avstraliya Yeni Zelandiyadan olan hərbi nəqliyyat təyyarələri son bir neçə gündə 1600-dən çox fransız xarici turisti adadan təxliyə edib. Son məlumata görə, Fransanın Baş naziri Qabriel Attal yerli TF1 telekanalına bildirib ki, Yeni Kaledoniyada vəziyyət gərgin olaraq qalır.

Beşinci respublikanın "xüsusi inzibati-ərazi qurumu" adlandırılan, əslində isə müstəmləkəsi olan bu adalar qrupu Avstraliyanın şərqində, Sakit okeanın cənubunda yerləşir. Əhalisi 270 min nəfərdir ki, onlardan da 40 faizi  yerli kanak xalqıdır.

Arxipelaq 1774-cü ildə məşhur ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilib. Bundan sonra orada avropalı müstəmləkəçilər peyda olmağa başlayıblar. Fransa 1853-cü ildə bu əraziləri öz mülkü elan edib. 1998-ci ildə Paris Numea Yeni Kaledoniyada 20 ildən sonra adaların gələcəyi ilə bağlı üç referendumun keçiriləcəyinə dair saziş imzalayıblar. İlk iki plebissitdə müstəqillik  tərəfdarları cüzi fərqlə məğlub olmuş, koronavirus epidemiyası dövründə keçirilən üçüncü referendum isə kanaklar tərəfindən boykot  edilmişdi.

Yeni Kaledoniya müəyyən muxtariyyətə malikdir, lakin eyni zamanda təhsil, müdafiə məsələlərində Parisdən asılıdır. Fransanı burada Beşinci respublikanın prezidenti tərəfindən təyin olunan ali komissar təmsil edir.

Emmanuel Makronun diktator vərdişləri, uğursuz siyasəti ucbatından Fransa xüsusi inzibati-ərazi qurumu statusuna malik olan Yeni Kaledoniyanı itirə bilər.

Fransa Prezidenti Yeni Kaledoniyanın yerli əhalisi olan kanakların müstəqillik elan etmək cəhdlərinin qarşısını almaq məqsədi güdən yeni seçki qanunu təqdim etmək istəyir. Lakin bu, əks effekt verib və Numeanın fransız xüsusi təyinatlıları, zirehli texnika və jandarmlarla dolu olmasına baxmayaraq, bu gün də davam edən xalq üsyanına səbəb olub.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.6.