Ermənistanın Azərbaycandan üzr istəyəcəyi gün gələcək

 

 

"Erməni canilərinin cinayətlərindən işğalından ən çox əziyyət çəkən Xocalı bir neçə gün əvvəl doğma sakinlərinə qucaq açdı. Mayın 28-də xocalılılar öz yurdlarına qayıtmaqla göz açdıqları doğma torpaqlarda bayram sevinci yaşadılar. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlara yeni həyat bəxş etdilər".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, ermənilər 1992-ci ildə bir gecədə 613 Xocalı sakinini vəhşicəsinə qətlə yetirərək soyqırımı törədiblər: "32 il əvvəl xocalılılar evlərini tərk edərək qışın soyuğunda dağları ayaqyalın aşaraq böyük əziyyətlə respublikanın müxtəlif bölgələrinə səpələndilər. Onlar ötən 32 ildə çadır şəhərciklərində, yataqxanalarda, sonradan qaçqınlar üçün salınmış şəhərciklərdə yaşamalı olublar. Keçmiş məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən müntəzəm tədbirlər görülməsinə baxmayaraq, hər kəsə məlumdur ki, doğma ata yurdunu heç ilə əvəz etmək mümkün deyil".

Deputat bildirib ki, Prezidentimiz öz ad günündə ya dövlətimiz üçün əlamətdar olan günlərdə işğaldan azad edilmiş ərazilərə səfərlər edir, yeni yaşayış məntəqələrinin təməllərini qoyur, keçmiş məcburi köçkünlərlə bərpa olunmuş şəhər kəndlərdə görüşərək onlara evlərin açarlarını təqdim edir səmimi söhbət aparır: "Son bir neçə ildə dövlətimizin başçısı Müstəqillik Gününü Ağalıda Laçında keçirərək keçmiş  məcburi köçkünləri sevindirib".

Müsahibimiz deyib ki, işğaldan azad olunmuş ərazilərdə yenidən qurulan bərpa olunan yaşayış məntəqələrində rahat yaşayış üçün hər bir şərait yaradılır. Vaxtilə öz yurdlarından faciəli şəkildə qaçmağa məcbur olmuş soydaşlarımız indi böyük sevinc fəxarət hissi ilə dövlətimizin qurub-yaratdığı doğma yurdlarına, müasir evlərinə qayıdırlar.

Xocalı şəhərinin cəmi 8 ayda yenidən qurularaq doğma sakinlərini qarşılamasını əlamətdar hadisə adlandıran deputat deyib ki, Prezident Xocalının azad ediləcəyini əvvəlcədən bilirdi elə ona görə Xocalı Soyqırımı abidəsinin Bakıda tikilməsinə icazə vermirdi: "Bu gün həmin abidə Xocalıda tikilir soyqırımı qurbanlarının xatirəsi məhz Xocalıda əbədiləşdirilir. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər bu gün uğurla davam etdirilir. Xocalı soyqırımı ermənilərin törətdikləri hərbi cinayətlərin   vəhşiliklərin bariz göstəricisi kimi bütün dünyaya təqdim olunur. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşü zamanı bu məsələni xüsusilə vurğulayaraq qeyd etdi ki, Ermənistan Xocalıda törətdiyi soyqırımına görə Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməlidir. Bəli, biz Ermənistanın ölkəmizdə törətdiyi soyqırımlarına görə üzr istəyəcəyi günün şahidi olacağıq".

Azər Badamov xatırladıb ki, dövlət başçımız xocalılılarla görüşdə Ermənistanda baş qaldıran revanşistlərə ciddi mesajlar verdi: "Revanşizm fikrinə düşərək ərazi iddiaları ilə çıxış edənlərə onları daha böyük fəlakətlərin gözlədiyinə dair xəbərdarlıq edildi. Bu gün Ermənistanda revanşizmdən dəm vuranlar dövlətimizin başçısının dediklərindən nəticə çıxarmalıdırlar. Nəzərə almalıdırlar ki, Prezident İlham Əliyevin dediyi hər bir söz ən qısa zamanda reallaşır".

Azər Badamov onu da vurğulayıb ki, xalqımızın bu gün yaşadığı sevincli günlər yuxu kimi görünür: "Prezident İlham Əliyevin uzaqgörənliyi qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqının başını ucaldıb, qürurumuzu özümüzə qaytarıb. Qarabağda erməni separatizminə son qoyulması isə Vətən müharibəsində əldə etdiyimiz zəfərin davamı oldu. Bu tarixi qələbə ermənilərin  Qarabağla bağlı mənfur planlarını bir daha alt-üst etdi. Bununla yenidən baş qaldıraraq ərazilərimizdə təhlükə mənbəyinə çevrilən separatçıların kökü birdəfəlik kəsildi. Prinsipial siyasi addımlarımız sayəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olundu".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.7.