Nüsrət
Süleymanov: İqlim
dəyişikliyi ilə
mübarizəyə töhfə
vermək üçün
mina problemini həll etməliyik
Minatəmizləmə sahəsində böyük
təcrübə qazanan
və onu artırmaqda davam edən Azərbaycan bu təcrübəni eyni problemdən əziyyət çəkən
digər ölkələrlə
bölüşməyə hazırdır. Həmin bilik və təcrübəni
əldə etmək bizə baha başa gəlib.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsi müdirinin
müavini Nüsrət
Süleymanov “Minaların
ətraf mühitə
təsirinin azaldılması:
Təhlükəsiz və
yaşıl gələcək
üçün resursların
səfərbər olunması”
mövzusunda III Beynəlxalq
Minatəmizləmə Konfransının
yekununda çıxışı
zamanı deyib.
Mina və partlamamış hərbi sursatların (PHS) ölümcül
fəsadlarına toxunan
Prezident Administrasiyasının
nümayəndəsi bildirib:
“Minalar və partlamamış hərbi sursatlar milliyyətindən
asılı olmayaraq insanların həyatlarına
son qoyur. Biz əbəs yerə onları ölüm toxumları adlandırmırıq. Onlar
həm insanları, həm də planetimizi öldürür.
Bu su, hava
və torpaq üçün, eləcə
də həyatlarımız
üçün ciddi
təhdiddir. Dünyada
konfliktlərin artdığı
bir vaxtda biz müharibələrin fəsadlarına qarşı
birlikdə mübarizə
aparmalıyıq. Həmin
fəsadlardan ən dəhşətlisi minalar
və partlamamış
hərbi sursatlardır.
Bu konfransda təmsil olunan ölkələrin xalqları
bu dəhşətli reallığı yaxşı
bilir”.
Azərbaycanın bu
il ev sahibliyi
edəcəyi COP29-da da
bu məsələnin
diqqət mərkəzində
saxlanılacağını vurğulayan Nüsrət Süleymanov qeyd edib: “Məlumdur ki, bu il
Azərbaycanda COP29 konfransı
keçiriləcək. COP29-a ev sahibliyi edən
ölkə kimi biz bu konfransda
iqlim dəyişikliyi
məsələsi ilə
yanaşı, mina problemini də qaldırmağı özümüzə
borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə
töhfə vermək
üçün mina problemini həll etməliyik. Nyu-Yorkda keçiriləcək Gələcəyin
Sammitini, Misirdə baş tutacaq Ümumdünya Şəhərsalma
Forumunu (WUF12) və Bakının ev sahibliyi edəcəyi COP29
tədbirini səbirsizliklə
gözlədiyimiz bir vaxtda bu iki
çağırış arasındakı qarşılıqlı
əlaqəyə diqqət
çəkərək onlara
qarşı mübarizə
aparmaqda qətiyyətliyik”.
III Beynəlxalq Minatəmizləmə
Konfransında minaların
və partlamamış
hərbi sursatların
zərərləri və
bu bəlaya qarşı uğurlu mübarizənin aparılması
baxımından faydalı
müzakirələrin aparıldığını
qeyd edən Nüsrət Süleymanov bildirib: “Bu konfransın
davam etdiyi iki gün bilik
və təcrübə
mübadiləsi aparmaq
baxımından hamımız
üçün faydalı
keçdi. Konfrans həm bu problemin
ciddiliyini qiymətləndirməyimiz,
həm də çıxış yolu olduğunu dərk edərək səylərimizi
gücləndirmək baxımından
gözəl imkan yaratdı. Əminəm ki, gələn il yenidən görüşərək həm
özümüz, həm
də indiki və gələcək nəsillər üçün
planetimizi daha təhlükəsiz və
daha yaşıl məkana çevirmək istiqamətində əldə
etdiyimiz nailiyyətləri
müzakirə edəcəyik”.
Azərbaycan.-
2024.- 2 iyun, ¹ 115.- S.8.