Orta Asiya ölkələri Azərbaycanın "yaşıl gündəliyi"ni dəstəkləyirlər

 

 

Hələ keçən ilin noyabr ayında Bakıda, İqtisadiyyat Nazirliyində keçirilən üçtərəfli görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilmişdir. Tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə razılığa gəlmişlər.

Azərbaycanın, Özbəkistanın Qazaxıstanın iqtisadiyyat energetika nazirlərinin iştirakı ilə keçirilən həmin görüşdə qeyd edilmişdi ki, üç ölkənin bərpaolunan enerjinin inkişafı ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Belə ki, Azərbaycan Gürcüstan, Rumıniya Macarıstanla birgə 4 QVt elektrik enerjisinin ixracına xidmət edəcək Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir. Daha 1 QVt "yaşıl enerji"nin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli nəzərdə tutulub.

Görüşdə bildirilmişdi ki, Qazaxıstanın Özbəkistanın həmin dəhlizlərə çıxış əldə etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafı, "yaşıl hidrogen"in, ammonyakın istehsalı təchizatı üzrə əməkdaşlığını möhkəmləndirəcək. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səylərini təqdir etmişlər. Nazirlər ölkələrin bərpaolunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildirmişlər görüşün nəticəsi kimi Birgə Kommünike imzalanmışdı.

Həmin hadisədən bir ay sonra isə Bakıda Azərbaycan, Özbəkistan Qazaxıstan arasında Mərkəzi Asiyadan ölkəmizin ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə olunduğu üçtərəfli görüşün nəticəsi kimi Birgə Kommünike qəbul edildi. Bu sənəddə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, "yaşıl hidrogen" "yaşıl ammonyak"ın inkişafı ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olundu. Sənədə əsasən, tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəldilər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər.

Nazirlər bu dəfə ölkələrin bərpaolunan enerji sahəsində potensialını vurğulayaraq, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bir daha qeyd etdilər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksəkgərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olundu. Onlar həmçinin təsdiqlədilər ki, "yaşıl enerji"nin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, milli enerji sənayelərinə yeni təkan verəcək.

Azərbaycan digər bir Orta Asiya ölkəsi - Tacikistan arasında da "yaşıl enerji"nin inkişafı sahəsində əməkdaşlıq üçün güclü potensial var. Bu barədə Tacikistan Respublikasının İqtisadi İnkişaf Ticarət Nazirliyinin beynəlxalq iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Dilşod Şərifi belə deyib:

- Tacikistan əhəmiyyətli su ehtiyatlarına hidroenergetikanın inkişafı üçün potensiala malikdir. Bizim birgə layihələrimizə su-elektrik stansiyalarının tikintisi modernləşdirilməsinin daxil olması mümkündür. Azərbaycan Tacikistanda su ehtiyatlarından istifadənin səmərəliliyini artıracaq hidroenergetika layihələrinin həyata keçirilməsi üçün investisiya texnologiyaları təqdim edə bilər. Hər iki ölkədə günəş şüalanmasının davamiyyəti yüksək səviyyəyə malikdir ki, bu da günəş enerjisinin inkişafı üçün əla şərait yaradır. Günəş parklarının yaradılması ərazilərdə günəş panellərinin quraşdırılması qalıq yanacaqlardan asılılığı istixana qazı emissiyalarını azaltmağa kömək edəcək. Bu baxımdan ölkələrimiz "yaşıl texnologiyalar"ın tədqiqi inkişafı üzrə ixtisaslaşmış müştərək elmi-tədqiqat mərkəzlərinin laboratoriyaların açılmasında qarşılıqlı fəaliyyət göstərə bilər. Texnologiyanın mənimsənilməsini sürətləndirməyə kömək edəcək bilik mübadiləsi aparmaq olar. Günəş enerjisindən istifadə ilə bağlı pilot layihələr həyata keçirmək mümkündür.

Qonşumuz Türkmənistana gəlincə, qeyd etmək lazımdır ki, bu ölkənin ərazisinin 70 faizə qədəri səhralardır. Səhralar kənd təsərrüfatı digər sahələr üçün yararlı olmasa da, günəş enerjisinin istehsalı üçün geniş potensiala malikdir.

 İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin (İİTKM-nin) icraçı direktorunun müavini Ramil Hüseyn bununla bağlı deyib:

- Türkmənistanın Xəzərin sahilində yerləşməsi isə o deməkdir ki, külək enerjisi potensialı da var. Bu sahədə Azərbaycana investisiya qoyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti Türkmənistanda da "yaşıl enerji" istehsal edəcək. Yəni eyni şirkət "yaşıl enerji" sahəsində həm Azərbaycana, həm Türkmənistana sərmayə qoyur. Bu, bizim əməkdaşlığımızı daha da yaxınlaşdıra bilər. Türkmənistan öz hədəfləri istiqamətində bir türk şirkəti ilə işləyir. Amma bu sahədə işlər elə böyük deyil. Çünki Türkmənistanda qaz isehsal olunur onu enerjiyə çevirmək daha ucuzdur. Ölkənin isə cəmi 6 milyon əhalisi var daxili tələbatı elə böyük deyil. Əslində, "yaşıl enerji"nin istehsalı, xətlərin çəkilməsi enerjinin ötürülməsi hazırda çox bahalı prosesdir. Amma Türkmənistanın potensialı böyükdür. Çünki ərazisinin 70 faizi buna yararlı olmaqla yanaşı, ildə 300 günəşli günü var. Biz artıq potensialımızı bilirik, hesablamışıq. Türkmənistan isə indi başlayır, bu istiqamətdə ilkin investisiyaları cəlb edir. Onun imkanları ilə bağlı daha dəqiq mənzərə gələcəkdə üzə çıxacaq.

Qırğızıstan barədə danışarkən isə onu deməliyik ki, bu ölkə tərəfindən bərpaolunan enerji mənbələrinin inkişafı üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələrinin potensialından fəal istifadə etmək təklif olunub. Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov keçən ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ECO-nun 16-cı sammitində çıxışı zamanı bildirib: "Birgə səylərimizi təşkilata üzv ölkələrin iqtisadi inkişafı üçün effektiv mexanizmlərin işlənib hazırlanmasına yönəltmək vacibdir. Bu mənada bərpaolunan enerji mənbələrinin inkişafı üçün üzv ölkələrin potensialından fəal istifadə etmək lazımdır".

Beləliklə, Qırğızıstan Prezidenti ECO çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Azərbaycanla bu sahədəki əməkdaşlığa gəldikdə isə cari ilin aprelində Qırğızıstan Prezidentinin ölkəmizə dövlət səfərini xatırlayaq. Bu səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Sənədlərdən biri "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" idi ki, bu da həmin istiqamətdə iki ölkə arasında əlaqələr üçün geniş perspektiv açır.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.8.