Dünyaşöhrətli
alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində
gənclərlə görüşüb
Dünyaşöhrətli alim, kimya üzrə
Nobel mükafatı laureatı
Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində "Əziz Səncər gənclərlə baş-başa”
proqramı çərçivəsində
gənclərlə görüşüb.
AZƏRTAC xəbər
verir ki, Əziz Səncər proqram çərçivəsində
gənclərə tövsiyələrini verib və ölkəmiz
haqqında təəssüratlarını
bölüşüb.
Azərbaycana
olan sevgisini bir daha dilə gətirən görkəmli alim
deyib ki, hər fürsətdə Bakıya gəlmək istəyir:
“Bu dəfə də konfranslarda iştirak etmək və tələbələrə
elm sahəsini aşılamaq üçün gəlmişik.
Azərbaycanlı qardaşlarımı görməkdən məmnunluq
duyuram”.
Yunus Əmrə
İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk
Karakılıç proqramın əhəmiyyətindən
danışıb. Bildirib ki, “Əziz Səncər gənclərlə
baş-başa” proqramı çərçivəsində gəncləri
elm, tarix və mədəniyyət haqqında məlumatlandırırıq
və onların böyük alimlə
görüşünü təşkil edirik.
O bildirib ki,
Türkiyə ilə Azərbaycan arasındakı
qardaşlıq bağı ilə yanaşı, strateji elmi və
mədəni əlaqələr bizi bu coğrafiyada daha
güclü və hakim edəcək: “Universitet tələbələrinə
Əziz Səncərin “Elm və inkişaf üzrə aforizmlər”
kitabını da təqdim etdik. Kitab böyük alimin
intellektual düşüncələri ilə yanaşı, həyat
macərasından və təcrübəsindən bəhs
edir. Bu kitab gənclərə gələcəkləri
üçün işıq olacaq".
Görüşdə
görkəmli alim gənclərin suallarını
cavablandırıb.
Azərbaycan.-2024.-
2 iyun, ¹ 115.- S.9.