Kiçik
biznesin böyük missiyası
2000-ə yaxın kiçik və orta sahibkar işğaldan
azad olunmuş ərazilərdə işləmək
üçün müraciət
edib
Hazırda dünya
iqtisadiyyatında gəlirli
sahələr transmilli
şirkətlərin nəzarətindədir.
Həmin şirkətlərin
təmsil etdiyi dövlətlərin, həmçinin
iş gördükləri
ölkələrin siyasi
dairələri ilə
geniş əlaqələri
olur. Onlar bu fürsətdən yararlanaraq siyasilərə
təsir göstərib
biznesləri xeyrinə
qərarlar qəbul etdirə bilirlər.
Ancaq belə şirkətlərin dünya
iqtisadiyyatına təsir
imkanı böyük
olsa da, hüdudsuz deyil. Dünya təcrübəsi
göstərir ki, qlobal iqtisadiyyatda kiçik və orta sahibkar subyektləri
daha önəmli rolu oynayır, xidmət sektorunda isə şəriksiz liderdirlər. Bir sözlə, kiçik və orta sahibkarlıq
dünya iqtisadiyyatının
bel sütunudur.
Odur ki, ölkəmizdə də bu sahənin inkişafına xüsusi əhəmiyyət verilməsi
təsadüfi deyil. Düzdür, əvvəllər
bu kateqoriyadan olan iş adamları
müxtəlif problemlərlə
qarşılaşdıqda saysız-hesabsız
dövlət qurumlarının
qapılarını döyməli
olurdular. Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi
(KOBİA) yaradıldıqdan sonra isə həmin sahədə olan qeyri-müəyyənliyə
son qoyulub. Hazırda biznesə başlamaq istəyən sahibkarlıq subyektlərinə
KOBİA tərəfindən çeşidli sahələr
üzrə dəstək
və xidmətlər
göstərilir.
Prezident İlham
Əliyev ölkədə
kiçik və orta biznesin inkişafına
xüsusi fikir verir, bu cür
biznesin fəaliyyətinin
tənzimlənməsi üçün
hüquqi baza və texniki təminat mexanizmləri yaradır. Hazırda Bakı, Yevlax və Xaçmaz şəhərlərində KOB evləri fəaliyyət göstərir. KOB evlərində
50-yə yaxın dövlət
və özəl qurum tərəfindən sahibkarlara 300-dən çox
çeşiddə xidmət
göstərilir. Təkcə
ötən il 371 mindən çox, cari ilin birinci
rübündə isə
99 mindən artıq sahibkar KOB evlərində müxtəlif xidmətdən
istifadə edib. Gələcəkdə bu sahənin genişləndirilməsi,
o cümlədən işğaldan
azad olunmuş ərazilərdə də
KOB evlərinin yaradılması
planlaşdırılır.
Təhsil, elm, tədqiqat və dəstək layihələrinin
maliyyələşdirilməsi məqsədilə ötən
il dövlət tərəfindən 32 layihəyə
550 min manatdan çox qrant kimi vəsait ayrılıb. Ümumiyyətlə,
indiyədək KOB-ların
təhsil, elm, tədqiqat və dəstək layihələrinin
maliyyələşdirilməsi üçün 58 layihəyə
1 milyon manatdan çox vəsait ödənilib. Bununla yanaşı, 42, ümumilikdə
isə bu günədək 145 mikro və kiçik sahibkara innovasiya fəaliyyəti üzrə
əldə etdikləri
gəlirlərə 3 il
müddətinə vergi
güzəştlərini nəzərdə
tutan "Startap" şəhadətnaməsi təqdim
edilib.
Sahibkarlara vergi
güzəştlərini nəzərdə
tutan digər dəstək mexanizmi olan KOB klasterlərinin yaradılması istiqamətində
də işlər uğurla davam edir. Qanunvericilikdə KOB klaster şirkəti və onun iştirakçısı
üçün bir sıra vergi güzəştləri nəzərdə
tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster
fəaliyyətində istifadə
olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən
azad edilir. Eyni zamanda KOB klasterinın iştirakçısı
olan şəxs 7 il müddətində KOB klaster
şirkəti ilə bağlanmış müqavilə
əsasında təqdim
etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin
kapital xarakterli xərclərinin çəkilməsinə
yönəldilən hissəsinin
mənfəət və
ya gəlir vergisindən azad olunur.
Bunlardan başqa,
kiçik və orta sahibkarlara digər formada da dəstək verilir. Onlardan biri də məhsulların
sərgilərdə təqdim
olunmasıdır. Ötən
il 79 KOB subyektinin məhsulları o sərgidə
ödənişsiz olaraq
nümayiş olunub, ticarət şəbəkələrində
yaradılmış 8 satış
nöqtəsində 25-dən çox sahibkarlıq subyektinin məhsullarının
satışına dəstək
verilib. Həmçinin
sahibkarların maarifləndirilməsi,
bilik və bacarıqlarının artırılması
məqsədilə KOBİA-nın təşkil etdiyi ödənişsiz təlim və məsləhət xidmətlərindən
keçən il 14 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb. Kənd təsərrüfatı,
istehsal, xidmət və s. üzrə 697 biznes-planın hazırlanmasında
KOB subyektlərinə dəstək
göstərilib, agentliyin
ödənişsiz video
təlimlərindən 424 sahibkar
və biznesə başlamaq istəyən şəxs yararlanıb. Bundan əlavə, 37 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək
üçün Almaniyada
ixtisasartırma kursu keçib. Cari ilin mart ayında
Azərbaycan Texniki Universitetində fəaliyyətə
başlamış KOB Model Müəssisəsinin
imkanlarından isə
artıq 20-dən çox
sahibkar faydalanıb. Məlumat üçün
bildirək ki, bu model müəssisə
kiçik və orta sənaye müəssisələrinin səmərəli
və rəqabətqabiliyyətli
olmasına imkan verən, qənaətli idarəetmə üsullarına
əsaslanan tədris və təcrübə mərkəzidir. Müəssisənin
imkanlarından faydalanan
KOB subyektlərinin mühəndisləri
və texniki heyəti təcrübə
əsnasında qənaət
üsullarını öyrənir
və həmin üsulları öz şirkətlərində tətbiq
edirlər. Bu isə həm işçilərin, həm
də şirkətin məhsuldarlığını və rəqabətqabiliyyətliliyini
artırır.
Hazırda biznes
üçün aktual
məsələlərdən biri də işğaldan
azad edilmiş ərazilərə investisiya
yatırmaq və burada biznes şəbəkələri
yaratmaqdır. Cari il mayın 1-dən bu istiqamətdə
KOBİA-ya 1950-dən çox
müraciət daxil olub. Onların 1450-dən çoxu yerli, 500-dən çoxu isə xarici müraciətlərdir.
Ümumi müraciətlərin
980-dən çoxu investisiya
layihəsidir ki, onun da 48 faizi
ticarət və xidmət, 22 faizi sənaye, 22 faizi kənd təsərrüfatı,
8 faizi tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini
əhatə edir.
Agentliyə müraciət
edən sahibkarlara işğaldan azad edilmiş ərazilərin
iqtisadi və investisiya potensialına dair ətraflı məlumat, peşəkar məsləhət xidməti,
müvafiq dövlət
qurumları ilə əlaqələndirmə, yerli
tərəfdaşların tapılması
istiqamətində dəstək
və xidmətlər
göstərilir, Qarabağın
və Şərqi Zəngəzurun iqtisadi və investisiya potensialı layihələrinin
yerli və xarici iş adamlarına təqdim olunması üçün
məlumat verilir. İndiyədək işğaldan
azad olunmuş ərazilərimizdə öz
biznesini quran sahibkarlar agentliyin bu cür müxtəlif
dəstək və xidmətlərindən yararlanıblar.
Agentlik Azərbaycanda
kiçik və orta sahibkarlara ölkə hüdudlarından
kənar fəaliyyət
göstərmələri və
tərəfdaşlar tapmaları
istiqamətində də
böyük işlər
görür. İqtisadi
əlaqələri genişləndirmək
məqsədilə bu
yaxınlarda KOBİA nümayəndələri
Vyetnamın paytaxtı
Hanoy şəhərinə
səfər etmişlər.
Nümayəndələrimiz Vyetnamın bir çox dövlət qurumlarında görüşlər
keçirmiş, fikir
mübadiləsi aparmışlar.
Məqsəd iki ölkənin sahibkarlıq
sahəsində əldə
edilən təcrübə,
işgüzar dairələr
arasında əlaqələrin
qurulması, ticarət
əlaqələrinin inkişafı
və mümkün əməkdaşlıq imkanlarına
dair fikir mübadiləsi barədə
danışıqlar aparmaq
idi.
Rüstəm KAMAL,
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.9.