Dünən Ağdamda "söz sahibi" uşaqlar idi

 

 

Ağdam Muğam Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH-in başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Mansur Quliyev, rayon Təhsil sektorunun müdiri Tahir Abbasov, Ağdamın ümumtəhsil məktəblərində təhsil alan şəhid qazilərin, aztəminatlı ailələrin övladları təhsil aldıqları məktəblərdə yüksək nailiyyət göstərmiş şagirdlər iştirak etmişlər.

Qonaqlar öncə gənc rəssamların əl işlərindən ibarət rəsm əsərləri ilə tanış olmuşlar. Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad ediləndən sonra çıxış edən Vaqif Həsənov digər natiqlər uşaqların bayramını təbrik edərək ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət qayğı göstərilməsindən, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmasından, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışlar.

Tədbir 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə hazırlanmış videoçarxın nümayişi, Ağdam Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanmış müxtəlif səhnəciklər, Ağdam Musiqi Kollecinin "Qarabağ" instrumental ansamblının, Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin, Şəmsi Bayramov adına Xındırıstan kənd Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında musiqi nömrələri kompozisiyalarla davam etmişdir. Sonda təhsildə yüksək nailiyyətlər əldə etmiş bir qrup şagird RİH-in fəxri fərmanları ilə təltif olunmuşdur.

 

Lazım QULİYEV,

Azərbaycan.-2024.- 2 iyun, № 115.- S.10.