Beynəlxalq təcrübə aqrar sektorun inkişafını
sürətləndirir
Son dövrlər
dünyada baş verən geosiyasi proseslər bir daha sübut etdi ki, ərzaq
təhlükəsizliyi hər
bir ölkə üçün taleyüklü
məsələdir. Bu,
özünü ilk növbədə qlobal səviyyədə Rusiya-Ukrayna
müharibəsindən sonra
yaranan "taxıl böhranı"nda aydın
göstərdi.
Dünya anladı
ki, dövlətlər
siyasi əxlaqdan uzaq bir üsula
əl atıb, insanların yaşaması
üçün təhlükə
yaradan sahəyə də əl uzada bilərlər. Çünki öz siyasi ambisiyalarına nail olmaq üçün
dünyada milyonlarla insanın çəkdiyi aclıq onları düşündürmür. Əgər
2022-ci ilin fevralından
sonra yaranmış taxıl böhranını
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan BMT ilə birlikdə həll etməsəydi, milyonlarla insan aclıqla üzləşərdi. Bu
üzdən indi bütün ölkələr
aqrar sektorun inkişafına dəstək
verir ki, ərzaqla bağlı idxaldan asılı olmasınlar.
Prezident İlham
Əliyevin də ən geniş islahatlar apardığı
sahələrdən biri
kənd təsərrüfatıdır.
Uzaqgörənliklə icra
edilən həmin islahatlar bu gün
öz nəticəsini
verir. İndi istehlak etdiyimiz kənd təsərrüfatı
məhsullarının böyük
hissəsi yerli istehsaldır. Hazırda Azərbaycan buğdadan savayı əksər kənd təsərrüfatı
məhsulları üzrə
demək olar ki, idxaldan tam
asılı deyil. Əksinə, son dövrlər ölkəmizdən
dünya bazarlarına
çıxarılan kənd
təsərrüfatı məhsullarının
həcmi və çeşidi artır. Xüsusən meyvə-tərəvəz
ixracında bu artım daha yüksəkdir.
Aqrar sektorda icra edilən islahatlarda müasir texnika və texnologiyalardan istifadə olunması xüsusi əhəmiyyət daşıyır.
Məqsədə çatmaq
üçün son dövrlər ölkəmiz
dünya təcrübəsini
öyrənməyə və
mütərəqqi texnologiyalardan
istifadəyə üstünlük
verir. Bakıda mayın 15-17-də keçirilən
ənənəvi "Caspian Agro" və Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin də əsas məqsədi ölkəmizin aqrar sektor üzrə beynəlxalq əlaqələrinin
inkişafına töhfə
vermək, aqrosənaye
kompleksində mütərəqqi
texnologiyaların texniki
tətbiqinə, qabaqcıl
təcrübə mübadiləsinə,
eləcə də yerli və xarici
fermerlər arasında
qarşılıqlı və
faydalı işgüzar
əlaqələrin möhkəmləndirilməsinə
yardımçı olmaq
idi. Azərbaycanda bu sahədə keçirilən hər bir mötəbər tədbir ölkəmizdəki
fermerlərə dünya
təcrübəsindən faydalanmaq
imkanı qazandırır.
Təkcə son sərgilərə ölkəmizin
42 rayonundan 500-dən çox
fermerin qatılması
sərgiyə olan marağın göstəricisidir.
Azərbaycanın aqrar
sektorun inkişafı
istiqamətində yaxından
əməkdaşlıq etdiyi
beynəlxalq qurum BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır
(FAO). İxtisaslaşmış qurum olan FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. Sözügedən
layihələr əsasən
kənd təsərrüfatının
inkişafı, ərzaq
təhlükəsizliyinin gücləndirilməsi,
potensialın artırılması,
resursların idarə
edilməsi, heyvan və bitki xəstəliklərinə
qarşı mübarizə,
təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə
tutur.
Prezident İlham
Əliyev bunu yüksək qiymətləndirərək
demişdir: "Biz dünyanın ən mütərəqqi texnologiyalarını
Azərbaycana gətiririk.
Bütün sahələrə,
eyni zamanda kənd təsərrüfatı
sahəsinə də bu texnologiyalar gəlir. Əlbəttə
ki, beynəlxalq qurumlarla, ilk növbədə FAO ilə
əməkdaşlığımızın
nə qədər vacib olduğunu bir daha qeyd
etmək istəyirəm.
Çünki biz ölkəmizi müasirləşdiririk.
Azərbaycanda çox
böyük modernləşmə
siyasəti aparılır.
Kənd təsərrüfatı
bizim üçün
ən vacib olan sahələrdən biridir. Bu gün
cənab baş direktor ilə görüşdə biz bu barədə fikir mübadiləsi apardıq və mən qeyd etdim
ki, hazırda Azərbaycanda qeyri-neft sahəsində bizim üçün iki əsas prioritet sahə vardır. Onlardan biri informasiya-kommunikasiya
texnologiyaları, digəri
isə kənd təsərrüfatıdır".
Rüstəm KAMAL,
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.10.