Kukla
teatrından Füzuli
məktəblilərinə bayram töhfəsi
Azərbaycan Dövlət
Kukla Teatrının və "Oyuq" Müstəqil Teatrının
kollektivləri Füzuli
şəhərinə səfər
ediblər. Teatrların
Mətbuat xidmətlərindən
verilən məlumata görə, yaradıcı
kollektivlər mayın
27-də Füzuli şəhər
Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin
səhnəsində tamaşa
və konsert proqramı ilə çıxış ediblər.
Respublika Günü münasibətilə
təşkil olunan səfər əsl bayram ovqatı yaradıb.
Ağdam, Füzuli
və Xocavənd rayonlarında Azərbaycan
Prezidentinin xüsusi nümayəndəliyi, eləcə
də həmin ərazilərdəki Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin
dəstəyi ilə baş tutan səfər dolğun və yaddaqalan olub.
Kuklaçılar Füzuli
sakinləri qarşısında
"Məlikməmməd" tamaşası, "Oyuq"
Müstəqil Teatrının
yetirmələri isə
"Can Qarabağ"
adlı rəngarəng
konsert proqramı ilə çıxış
ediblər.
Tamaşaçılar əvvəlcə Azərbaycan
xalq nağılı əsasında yeni səhnələşdirmədə ərsəyə gələn
"Məlikməmməd" tamaşasını izləyiblər.
Birhissəli uşaq
tamaşasının quruluşçu
rejissoru teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı
isə teatrın baş rəssamı İqbal Əliyevdir.
Rejissor bu klassik nümunəni İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimizlə əlaqələndirib
və ona əlavələr edərək,
fərqli prizmadan baxmağa çalışıb.
Səhnə əsərinin
əsas məqsədi
uşaq və yeniyetmələrə cəsarət,
dürüstlük və
mübarizlik aşılamaqdır.
Anşlaqla keçən
nümayişin ardınca
"Oyuq"çuların ifalarında hərbi-vətənpərvərlik,
eləcə də Qarabağ, Zəfər mövzularında klassik və yeni mahnılar
səslənib.
Q.MƏMMƏDOV
Azərbaycan.-2024.-
2 iyun, № 115.- S.11.