Filarmoniyada
Fabio Andreotti ilə yay konsert
mövsümünün təntənəli
açılışı olub
Azərbaycan Dövlət
Akademik Filarmoniyasının
yay zalında Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə dünya
opera səhnəsinin ulduzu - italyan tenor Fabio Andreottinin
təqdimatında “Amore
e passione” proqramının
premyerası və yay konsert mövsümünün
möhtəşəm açılışı
olub. Konsert “Red events&Distribution” agentliyinin
təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, ətirli
qızılgüllərə qərq olunmuş səhnədə Cakomo Puççini, Georges Bize, Coachino Rossini, Jül Massenet və digər görkəmli bəstəkarların məşhur
operalarından ariyalar,
eləcə də valehedici Neapolitan mahnıları, eyni zamanda, klassik Azərbaycan musiqisinin inciləri səsləndirilib.
Filarmoniyanın yay
konsert mövsümü
payıza qədər
tanınmış sənətkarların
və yeni istedadların çıxışları
ilə tamaşaçıları
sevindirəcək.
Qeyd edək ki, Fabio Andreotti
səsinin tembrinin əfsanəvi müğənninin
səsi ilə oxşarlığına görə
“yeni Pavarotti” adlandırılır. İtalyan tenor Fabio Andreotti Romada anadan olub
və Roma La Sapienza Universitetinin
Siyasi Elmlər Fakültəsini bitirib. O,
italyan vokal ustaları Antonio Beyer və
Gianni Raimondidən ciddi
şəkildə vokal
sənətinin sirlərini
öyrənib. Fabio Andreotti 2006-cı ildə Haydnın
"Salve Regina" mahnısını ifa edərək peşəkar səhnədə
debüt edib.
XXI əsrin ilk onilliyi sənətkara uğur və bütün dünyada - doğma İtaliyadan tutmuş Cənubi Koreya və ABŞ-a qədər
şöhrət gətirib.
Belə ki o, əfsanəvi
"Riqoletto", "La Bohem",
"Madama Butterfly", "Aida", "Toska" və digər şedevrlərdə baş
rolları ifa edib.
Azərbaycan.-
2024.- 2 iyun, № 115.- S.11.