Hayastan
yeni reallıqlarla barışmalıdır
İlham Əliyev məğlub ölkəni revanşist əməllərdən çəkinməyə
çağırdı
Azərbaycan-Hayastan münasibətlərinin
İkinci Qarabağ müharibəsindən sonra
normallaşması, bir-birilərinin
ərazi bütövlüyünü
tanımaqla tərəflər
arasında yekun sülh müqaviləsinin
imzalanması bu gün Cənubi Qafqazda sabitlik üçün əsas şərtdir. Dövlət
sərhədinin delimitasiya
və demarkasiya proseslərinə start verilməsi bu istiqamətdə işlərin
başlanğıcı hesab
edilə bilər.
Hayastanda baş
nazir Nikol Paşinyana qarşı çıxan sabiq iqtidar təmsilçiləri
qarşıdurma yaratmaqla
ölkədə xaos formalaşdırmaq məqsədi
güdürlər. Belə
ki, Azərbaycanla
sülh müqaviləsinin
imzalanması ilə bağlı gedən müzakirələr fonunda
sosial narazılıqlardan
istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının
revanş istəyi vəziyyətin daha da qarışacağını
göstərir. Proseslər
onu deməyə əsas verir ki, keçmiş hərbi xunta kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu daha da dərinləşdirməyə
çalışır.
Azərbaycan Prezidenti
İlham Əliyev
TÜRKPA nümayəndə heyətini qəbul edərkən bildirib ki, Ermənistan revanşizm ideyalarından
tamamilə imtina etməlidir, belə ideyalar təkcə müxalifətdə deyil,
iqtidarda da var: "Bu gün
Ermənistanda keçmiş
prezidentlər Sarkisyan
və Koçaryan da daxil olmaqla
revanşizm hissi ilə yaşayan və hakimiyyətə can atan qüvvələr
var. Həmin qüvvələr niyyətlərini
açıq bəyan
edirlər və hakimiyyətə gələrək
yenidən müharibəyə
başlamaq planları
qururlar".
Xatırladaq ki,
təxminən 20 il Hayastana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasının
səbəblərindən biri
məhz Prezident İlham Əliyevin həyata keçirdiyi təcrid siyasəti olub. Bu siyasətin
nəticəsində İrəvan
bütün layihələrdən
kənarda qalıb, erməni xalqı işğal siyasətinin qurbanı olaraq səfalət içində
yaşayıb.
Azərbaycan Vətən
müharibəsində Koçaryan-Sarkisyan
hərbi xuntasının
işğalçı və
terrorçu ordusunu məğlub edib. Ali Baş Komandan
İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində olarkən
demişdi ki, Hayastanın keçmiş
rəhbərləri İkinci
Qarabağ müharibəsi
dövründə qaçıb
gizlənib, döyüş
bölgəsinə burunlarını
da belə soxa bilmədilər: "Bəs haradadır sizin qəhrəmanlığınız?
Dedim ki, çıxarın dəmir-dümürləri,
onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız
döşünüzə. Yalançı qəhrəmandırlar
bunlar....Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm".
Bəli, Azərbaycan
Prezidenti öz siyasəti ilə hərbi xuntanın iflasını təmin etdi, müharibə canilərini tarixin arxivinə göndərdi.
Bu canilər nə müharibə günlərində, nə
də ondan sonra ortalıqda görünmədilər.
Sülh müqaviləsini
imzalamayacağı təqdirdə
Hayastan daha böyük problemlərlə
üzləşəcək. Onu da qeyd
edək ki, hazırda ölkəni tərk edənlərin sayı sürətlə artır. Görülən
bütün tədbirlərə
baxmayaraq, əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər durmadan
artır. Bir sözlə, Hayastandakı
durum onu deməyə əsas verir ki, hazırda
bu ölkə acınacaqlı vəziyyətdədir.
İkinci Qarabağ
müharibəsində Hayastan
ordusu darmadağın
edilib. Lakin buna baxmayaraq, ölkədəki bəzi
revanşistlər Azərbaycana
"hədə-qorxu" gələrək
ölkəmizdə təxribatlar
törədəcəkləri ilə bağlı sərsəm fikirlər səsləndirirlər. Məsələnin
bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edib ki,
Azərbaycan həmişə
hazır olmalı, təhlükəsizlik tədbirləri
davam etdirilməlidir:
"Ermənistan heç
bir halda Azərbaycana qarşı həmlələrlə uğur
əldə edə bilməz, belə bir cəhd olarsa,
bu, Ermənistan dövlətinin sonu olacaq... Əgər Ermənistan 2020-ci ildə
bizim sözümüzə
qulaq assaydı və sülh yolu ilə bizim
torpaqlarımızı qaytarsaydı,
İkinci Qarabağ müharibəsinə və
antiterror əməliyyatına
ehtiyac qalmazdı. Yəni o, onlar üçün dərs olmalıdır və mən görürəm ki, o dərsdən onlar, necə deyərlər, nəticə
çıxarırlar. Çünki
dörd kəndin sülh yolu ilə, danışıqlar
yolu ilə bizə qaytarılması və o bölgədə sərhədlərin müəyyən
edilməsi göstərir
ki, biz məsələləri
danışıqlar yolu
ilə həll edə bilərik".
Bəli, Hayastanda
baş qaldıran istənilən revanşist
təşəbbüsə ən sərt şəkildə cavab veriləcək. Azərbaycana
qarşı təxribat
və savaşın nə ilə nəticələndiyini Hayastan
əhalisi 44 günlük
müharibədən yaxşı
bilir. Belə cəhdlər bir də olarsa, dərhal "dəmir yumruğ"un zərbəsini
hiss edəcək. Bu səbəbdən Hayastan öhdəliklərini
yerinə yetirməlidir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
8 iyun, № 120.- S.7.