Bakı Enerji Həftəsi Azərbaycana yeni dividendlər qazandıracaq

 

 

"Bakı Enerji Həftəsi qlobal əhəmiyyətli platformadır. Özündə üç mühüm tədbiri birləşdirən bu platforma dünyanın enerji sənayesi sahəsində mövcud olan liderləri bir araya gətirməklə növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan üzərində cəmləşdirdi. Bakı Enerji Həftəsi ölkəmizin qlobal enerji təhlükəsizliyinə töhfələrini qlobal arenaya təqdim etmək üçün mühüm rol oynadı".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Deputat qeyd edib ki, bu gün region ölkələrinin Avropanın enerji təminatçısı olan Azərbaycan bu sahənin inkişafının davamlılığı üçün bütün lazımi addımları atır: "Azərbaycanın nefti qazı ilə işıqlanan, enerji alan ölkələrin sayı ildən-ilə çoxalır. Təməli 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə qoyulan enerji siyasətimiz bu gün uğurla davam etdirilir".

Deputat söyləyib ki, Azərbaycanın neft-qaz ölkəsi olmasına baxmayaraq, bərpaolunan enerji ilə bağlı layihələr reallaşdırması, dünya dövlətlərinə "yaşıl enerji"yə keçid üçün çağırışlar etməsinin mühüm əhəmiyyəti var: "Ölkəmizdə bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı qoyulub. İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının "Abşeron-Qaradağ" Külək-Elektrik Stansiyasının təməlinin qoyulması bunun sübutudur. Ümumiyyətlə, "yaşıl enerji"  sektorunun bu sahə ilə bağlı əməkdaşlığın gücləndirilməsi dövlətimizin əsas prioritetlərindən birinə çevrilib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzur Prezident İlham Əliyev tərəfindən "yaşıl zona" elan edilib".

Bu baxımdan, Bakı Enerji Həftəsində "yaşıl enerji" blokunun xüsusi yer aldığını qeyd edən deputat bildirib ki, elə bunun nəticəsidir ki, platforma çərçivəsində keçirilən tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizini məhz "yaşıl enerji" sektorunun təmsilçiləri təşkil edib. Müsahibimiz hesab edir ki, bütün bu faktorlar Azərbaycana xarici kapitalın axınını sürətləndirəcək ölkəmizə iqtisadi marağı artıracaq. Uğurla başa çatan Bakı Enerji Həftəsi Azərbaycana daha çox dividend gətirəcək, dost tərəfdaşlar qazandıracaq".

Jalə Əliyeva yekunda vurğulayıb ki, Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra böyük nüfuz qazanan Azərbaycan bu gün həm enerji sahəsindəki davamlı uğurları ilə diqqət mərkəzindədir: "Bu, Prezident İlham Əliyevin uğurlu strategiyalar ilə reallaşdırdığı əməli fəaliyyətinin birbaşa nəticəsidir. Bu düşünülmüş prinsipial siyasət bundan sonra da enerji ilə bağlı strateji hədəflərimizə çatmağımıza səbəb olacaq".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.8.