Azərbaycanın yüksək qlobal nüfuzunun təsdiqi

 

 

"Bu günlərdə dünyanın diqqəti yenə Bakıya yönəldi. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin, həmçinin ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə rəsmisinin, Avropa Komissiyasının Energetika üzrə Baş idarəsinin direktorunun, OPEC-in baş katibinin, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktorunun iştirakları tədbirin böyük əhəmiyyətə malik olmasından xəbər verir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Builki sərgidə yeni şirkətlərin iştirak etdiyini diqqətə çatdıran deputat bildirib ki, bu, Azərbaycanın qlobal enerji sektorundakı aparıcı rolunu bir daha təsdiqləyir. "Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft Qaz 12-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji sərgilərinin rəsmi açılış mərasimində çıxışında Azərbaycanın dünyanın enerji tələbatının ödənilməsində mühüm rol oynadığını vurğuladı. Xatırlayırsınızsa, müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadi cəhətdən ağır günlər yaşayırdı, yoxsulluq ən yüksək səviyyədə idi. Digər tərəfdən, Ermənistan torpaqlarımızı işğal edirdi, vətəndaş müharibəsi təhlükəsi ölkəmizi uçuruma aparırdı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadi-siyasi sahələrdə böyük uğurlar qazanmağa başladı. İqtisadiyyatın digər sahələri ilə yanaşı, enerji sahəsində böyük dirçəliş baş verdi. Birinci Xəzər Neft Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Üç il sonra isə "Çıraq" yatağından ilk neftin hasil olunmasına başlanıldı. Həmin vaxtdan tanınmış şirkətlər Azərbaycanla əməkdaşlıq edirlər", - deyə deputat bildirib.

K.Əliyeva qeyd edib ki, Prezident İlham Əliyev prezident seçkilərindən sonra  həyata keçirdiyi uğurlu enerji siyasəti sayəsində Azərbaycan nəhəng neft-qaz ixrac edən ölkəyə çevrildi. Bu gün Azərbaycan Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rola malikdir. Ölkəmiz "yaşıl enerji" sahəsində çox böyük layihələr həyata keçirir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda günəş külək enerjisi istehsalı ilə bağlı layihələrin həyata keçirilməsi ölkəmizdə "yaşıl enerji"yə keçidin sürətli olduğunu göstərir. 

Yaxın vaxtlarda Azərbaycanın Avropa dövlətlərinə həm "yaşıl enerji" ixrac edəcəyini vurğulayan deputat bildirib ki, Avropa İttifaqına üzv 10 dövlətlə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb: "Bu dövlətlər Azərbaycanı dost etibarlı tərəfdaş hesab edirlər. Ölkəmiz bu etibarı sözünə, imzasına sadiqliyi ilə seçilən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanıb. Otuz  il ərzində Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sektorunda da bütün dövlətlərlə əməkdaşlığa sadiqlik nümayiş etdirib. Məhz bu siyasət nəticəsində dünya dövlətləri COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediblər".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.8.