COP29-a Azərbaycanın ünvan seçilməsi təsadüfi deyil

 

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)  keçirilməsi üçün Azərbaycanın seçilməsi ölkəmizdə reallaşan ekoloji siyasətə dövlətimizin qlobal miqyasda artan nüfuzuna verilən dəyərdir. Odur ki, beynəlxalq tədbirlərə evsahibliyi etməkdə böyük təcrübəsi olan Azərbaycan COP29-a da yüksək səviyyədə hazırlaşır.

ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsinin açılışı ilə bağlı dövlətimizin başçısına ünvanladığı məktubda da Bakının noyabr ayında COP29-a evsahibliyi etməsinin vacibliyi vurğulanıb: "COP29 Azərbaycana həm qlobal enerji təhlükəsizliyi, həm neft-qaz təchizatı kimi məsələlərdə, həm bərpaolunan enerji ixracında mühüm rol oynamağa bu rolu daha da artırmağa imkan verir".

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 12-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində çıxış edən dövlətimizin başçısı demişdir: "Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı uzunmüddətli tərəfdaşlar müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub".

Ölkəmiz bu gün bərpaolunan enerji sahəsində ardıcıl tədbirlər həyata keçirir. Ötən ilin oktyabrında "Masdar" şirkəti 230 meqavat gücündə günəş-elektrik stansiyasını istifadəyə verib. Hazırda iki layihə üzərində gedir. Qarabağ Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işləri nəzərə alsaq, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin istehsalı tamamilə realdır.

Sözügedən mərasimdə Azərbaycanın COP29-a evsahibliyi etməsinə diqqət çəkən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir: "Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə, eyni zamanda beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaq. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli diqqətimizi övladlarımızın nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik".

ABŞ-nin Təbiət Tarixi Muzeyində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş isə demişdir ki, COP29-a qədər iqlim maliyyəsi məsələlərinin əksəriyyətini həll etməliyik: "Beləliklə, dünya iqlim danışıqları üçün Bonnda toplaşarkən, habelə G7 G20 Sammitlərinə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına COP29-a hazırlaşarkən, bizim maksimum ambisiya, maksimum sürətləndirmə, maksimum əməkdaşlığa ehtiyacımız var - bir sözlə, maksimum fəaliyyət göstərməliyik. COP29-a kimi iqlim fəaliyyətini maliyyələşdirməyə kömək etmək məqsədilə kəşfiyyatdan gəmiçilik, aviasiya qazıntı yanacağı hasilatı kimi sektorlarda həmrəylik rüsumlarının tətbiqinə keçmək üçün erkən maliyyə köçürmələrinə ehtiyacımız var". Quterreşə görə, bu gün açıqlanan aparıcı iqlim alimlərinin yeni məlumatları göstərir ki, uzunmüddətli istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün qalan karbon ehtiyatı təxminən 200 milyard ton olmalıdır. O deyib: "Bu, Yer atmosferinin ala biləcəyi maksimum karbon dioksid miqdarıdır. Biz atmosferə ildə təxminən 40 milyard ton karbon qazı püskürürük. 2030-cu ilə qədər 1,5 dərəcə Selsi həddini qoruyub saxlamaq üçün qlobal emissiyalar hər il 9 faiz azalmalıdır. Amma ötən il onlar daha 1 faiz artıb".

BMT-nin baş katibi məlumat vermişdir ki, Ümumdünya Meteorologiya Təşkilatının növbəti 5 ilin ən azı birində qlobal orta illik temperaturun 1,5 dərəcə həddini aşması ehtimalı 80 faiz olub. Növbəti beşillik dövr üçün orta temperaturun sənayedən əvvəlki dövrlərdən 1,5 dərəcə Selsi yüksək olacağı ehtimalı 50 faizdir: "Biz planetimizlə rus ruletkası oynayırıq. İqlim cəhənnəmi üçün magistral yoldan bir çıxış etməyə ehtiyacımız var. Həqiqət budur ki, biz sükanı pis idarə edirik, amma 1,5 dərəcə Selsi həddi hələ də mümkündür. Bütün bunlar liderlərin, xüsusilə, növbəti on səkkiz ay ərzində qəbul edəcəkləri qərarlardan asılıdır".

Medianı qazıntı yanacağı reklamını dayandırmağa çağıran baş katib sonda qeyd etmişdir ki, dünya liderləri COP29 konfransında güclü maliyyə dəstəyini təmin etmək üçün bir araya gəlməlidir və bu, inam və etimadı artıran, lazım olan trilyonları kataliz edən və beynəlxalq maliyyə arxitekturasında islahatlara təkan verən bir nəticədir: "İqlim maliyyəsi lütf deyil. Bu, hamı üçün yaşayacağımız gələcəyin əsas elementidir".

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.9.