Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin
siyahısı"nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikası
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti
ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi və
"Azərbaycan Respublikasının
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində
"Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli
Cəmiyyətinin yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
16 noyabr tarixli 2353 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 11
aprel tarixli 622 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, № 4, maddə
622 (Cild I); 2024, № 3, maddə
262; Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
30 aprel tarixli 50 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş Əlavə 2 -
"Xüsusi dövlət
rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin
siyahısı"nın 27.2-ci bəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə
işarəsi ilə əvəz olunsun və 27.3-cü bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun
2024-cü il
Azərbaycan.-2024.-
8 iyun, № 120.- S.3.