TÜRKPA əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətli platformadır

 

 

Milli Məclisin Sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Sədri Zorlu Töre ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə görüşdə plenar iclasın yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edilərək, bildirilib ki, TÜRKPA qanunvericilik orqanlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsi yeni istiqamətlər üzrə zənginləşdirilməsi baxımından əhəmiyyətli platformadır. Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanın bu təşkilata sədrlik edəcəyi qarşıdakı dövrdə parlamentlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımların atılacağını söyləyib.

Söhbət zamanı Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi çox mühüm fikirlərə diqqət çəkilərək, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə türk dünyasının gücləndirilməsi, ikitərəfli çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində gördüyü işlərin önəmi qeyd edilib.

Görüşdə 2023-cü ilin oktyabrında Bakıda "Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Təqdimat Günləri"nin keçirilməsi, bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.

Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Zorlu Töre bu ilin aprelində Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə təşəkkürünü ifadə edərək, deyib ki, Azərbaycanın bu addımı Şimali Kipr Türk Cümhuriyyətində yüksək minnətdarlıqla qarşılanıb.

Görüşdə həmçinin dostluq qrupları deputatlar arasında təmasların artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.5.