Azərbaycan
Respublikası Prezidentinin
köməkçisi Anar
Ələkbərov Türkiyənin
birinci xanımı Əminə Ərdoğan
ilə görüşüb
Ankarada səfərdə
olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əminə
Ərdoğan "X" sosial
şəbəkəsindəki rəsmi hesabında görüşlə bağlı
paylaşım edib.
Paylaşımda qeyd
edilib ki, görüşdə Bakıda
keçiriləcək BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) hazırlıq prosesi
barədə fikir mübadiləsi aparılıb,
tədbirə dair əməkdaşlıq sahələri
dəyərləndirilib.
Türkiyənin birinci
xanımı bütün
dünya liderlərini
iqlim mövzusunda birləşdirəcək bu
əhəmiyyətli tədbirə
Azərbaycanın evsahibliyi
edəcəyinin verdiyi
sevinc hissini bir daha dilə
gətirib.
Əminə Ərdoğanın
paylaşımında "Türkiyə
olaraq daim qardaş ölkəmiz Azərbaycanın yanındayıq",
- deyə bildirilib.
Azərbaycan.-2024.-
8 iyun, № 120.- S.5.