Mərakeşdə keçirilən "Şuşa günləri" çərçivəsində bu ölkənin gənclər, mədəniyyət kommunikasiya naziri ilə görüş olub

 

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Mərakeş Krallığının paytaxtı Rabatda keçirilən "Şuşa günləri" çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, eləcə Azərbaycanın bu ölkədəki səfiri Nazim Səmədov Mərakeşin gənclər, mədəniyyət kommunikasiya naziri Məhəmməd Ben Said ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında mövcud səmimi dostluq münasibətləri, eyni zamanda inkişaf etməkdə olan mədəni əlaqələr haqqında fikir mübadiləsi aparılıb. Söhbət zamanı həmçinin İslam dünyasının 2024-cü il üçün mədəniyyət paytaxtı seçilmiş tarixi Şuşa şəhərində gerçəkləşdirilən layihələr, mədəni tədbirlərin proqramları, əlaqələrin gələcəkdə daha da inkişafı məsələləri müzakirə olunub.

Sonda Məhəmməd Ben Saidə Şuşadan xatirə hədiyyəsi təqdim edilib.

 

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.5.