XXVII Sankt-Peterburq
Beynəlxalq İqtisadi
Forumu çərçivəsində
keçirilən görüşlərdə
Azərbaycan-Rusiya əməkdaşlığı
müzakirə edilib
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi
ilə Azərbaycan nümayəndə heyəti
XXVII Sankt-Peterburq Beynəlxalq
İqtisadi Forumunda iştirak edib.
AZƏRTAC xəbər verir ki, Forum çərçivəsində bir sıra görüşlər
də keçirilib. Rusiya Prezidenti Administrasiyası rəhbərinin
müavini Maksim Oreşkinlə görüşdə
dostluq və mehriban qonşuluq təməlləri üzərində
qurulmuş Azərbaycan-Rusiya
əməkdaşlığının strateji tərəfdaşlıq
səviyyəsində hərtərəfli
inkişafında dövlət
başçılarının xüsusi rolu vurğulanıb. Həmçinin
ticarət əlaqələrinin
təşviqi, iqtisadi
əməkdaşlıq çərçivəsində
klasterlərin yaradılması,
Azərbaycan-Rusiya regionlararası
forumlarının keçirilməsi,
iqtisadi zonalar üzrə fəaliyyətin
təkmilləşdirilməsi və sərhəd-keçid
məntəqələrinin imkanlarının artırılmasından
məmnunluq ifadə edilib.
Macarıstanın xarici
işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ölkələrimiz
arasında əməkdaşlığın
müxtəlif aspektləri
müzakirə olunub. Azərbaycan ilə Macarıstan arasında ikitərəfli, o cümlədən
çoxtərəfli münasibətlərin
inkişaf etdiyi, əməkdaşlıq gündəliyinin
genişləndirilməsində və perspektivlərin müzakirəsində qarşılıqlı
təmasların və
səfərlərin əhəmiyyəti
vurğulanıb. İki
ölkə arasında
müxtəlif, o cümlədən
iqtisadi, ticarət, enerji təhlükəsizliyi,
investisiyalar və digər sahələr üzrə əməkdaşlığın
möhkəmləndirilməsi, həyata keçirilən
birgə layihələrin
uğurlu icrasının
əhəmiyyəti qeyd
olunub.
Rusiya Federasiyasının
Dağıstan Respublikası
Hökumətinin sədri
Abdulmuslim Abdulmuslimovla
görüşdə əməkdaşlığın
müxtəlif sahələrdə,
o cümlədən Şimal-Cənub
Beynəlxalq Nəqliyyat
Dəhlizi çərçivəsində
əməkdaşlıq müzakirə
olunub. Vurğulanıb
ki, sərhəd-keçid
məntəqələrinin yenidən qurulması nəticəsində onların
keçid qabiliyyəti,
eləcə də yükdaşımaların həcmi
artıb. Bununla yanaşı, yolların genişləndirilməsi üçün
əlavə tədbirlər
görülür.
Baş nazirin müavini Şahin Mustafayev Rusiya Federasiyası İnquşetiya
Respublikasının rəhbəri
Mahmud Əli Kalimatovla görüşdə
Rusiya və Azərbaycan prezidentlərinin
regionlararası əlaqələrin
inkişafına dair tapşırıqlarının fəal şəkildə icra edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Azərbaycan-Rusiya regionlararası forumlarının
keçirilməsi, mütəmadi
əsasda təşkil
olunan biznes forumlar, eləcə də iki ölkənin
regionları arasında
biznes-missiyaların icrası
xüsusi əhəmiyyətə
malikdir.
Şahin Mustafayevlə
Sankt-Peterburq şəhərinin
qubernatoru Aleksandr Beqlovun görüşündə
isə qeyd edilib ki, Peterburq
Beynəlxalq İqtisadi
Forumu Azərbaycanın
iqtisadi inkişaf məsələlərinin və
Peterburqla əməkdaşlığın
müzakirəsi üçün
mühüm platforma rolunu oynayır.
Aleksandr Beqlov Sankt-Peterburq və Azərbaycanın 2024-2028-ci illər
üzrə yeni "Yol xəritəsi" çərçivəsində birgə fəaliyyəti davam etdirdiyini deyib. Bildirilib ki, Rusiya-Azərbaycan münasibətləri yüksək
səviyyədə olmaqla
bərabərhüquqluluq prinsipi
və bir-birinin maraqlarını nəzərə
almaqla inkişaf etdirilir.
Azərbaycan.-2024.-
8 iyun, № 120.- S.6.