Sankt-Peterburqda
Azərbaycan-Rusiya əməkdaşlığının
inkişafı ilə
bağlı müzakirələr
aparılıb
Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyanın Sankt-Peterburq şəhərinə
səfəri çərçivəsində
bu ölkənin Baş nazirinin müavini Aleksey Overçukla görüşü
keçirilib.
AZƏRTAC xəbər
verir ki, görüşdə Azərbaycanla Rusiya
arasındakı əlaqələrin yüksələn xətlə
inkişaf etdiyi vurğulanıb. Dövlət
başçılarının siyasi iradəsinin və dostluq münasibətlərinin, qarşılıqlı
səfərlərin, həmçinin
keçirilən birgə
tədbirlərin əməkdaşlığın
daha da dərinləşməsinə
xidmət etdiyi diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı əməkdaşlığın
inkişafı, birgə
layihələrin icrası,
ikitərəfli ticarət-iqtisadi
əməkdaşlığın cari məsələləri,
Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə
Hökumətlərarası Dövlət Komissiyasının
fəaliyyət gündəliyinə
daxil olan məsələlər müzakirə
edilib, Komissiyanın qarşıdan gələn
iclasının gündəliyindəki
mövzular barədə
fikir mübadiləsi aparılıb.
Tərəflər “Şimal-Cənub”
Beynəlxalq Nəqliyyat
Dəhlizi üzrə
infrastrukturun inkişafı
üçün zəruri
olan normativ hüquqi bazanın yaradılmasına dair Fəaliyyət Planının
icrasını və atılacaq növbəti addımları müzakirə
ediblər.
Görüşdə Fəaliyyət Planı üzrə işlərin sürətləndirilməsinə dair məsələlər
də nəzərdən
keçirilib.
Azərbaycan.-2024.-
8 iyun, № 120.- S.6.