"Yaşıl enerji" ölkəmizə böyük uğurlar gətirəcək

 

 

Bu gün yaşadığımız dünyada "yaşıl enerji"yə keçid qlobal enerji siyasətinin əsas istiqamətlərdən birini təşkil edir. Aparıcı mütəxəssislər iqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılmasında "yaşıl enerji"nin böyük rol oynayacağını xüsusi olaraq vurğulayırlar. Xatırladaq ki, "Yaşıl enerji"nin istehsalı üçün yeni texnologiyaların tətbiqi XX əsrin 70-ci illərindən etibarən başlayıb.

"Yaşıl enerji" yaxud "yaşıl iqtisadiyyat" konsepsiyası 1991-ci ildə britaniyalı iqtisadçı Maykl Ceykobs tərəfindən irəli sürülüb. O, "yaşıl enerji"nin mahiyyətini, onun xüsusilə ətraf mühitin qorunmasındakı rolunu "Yaşıl iqtisadiyyat: ətraf mühit, davamlı inkişaf gələcəyin siyasəti" adlı kitabında ətraflı şərh edib. M.Ceykobsun ideyaları 2008-2013-cü illəri əhatə edən ümumdünya maliyyə-iqtisadi böhranı dövründə ondan sonrakı illərdə daha da geniş yayıldı. "Yaşıl iqtisadiyyat"ın inkişafı, onun tərkib hissəsi kimi "yaşıl enerji"dən istifadə olunması ekoloji riskləri çatışmazlıqları azaldan vasitələrdən biri kimi gündəmə gəldi.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcəkdir. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcəkdir.

"Yaşıl enerji"dən istifadə həm insanların sağlamlığına müsbət təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyondan çox insan havanın çirklənməsi səbəbindən dünyasını dəyişir. "Yaşıl enerji"dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da olduqca əlverişlidir. Ona görə bütün dünya "yaşıl enerji" mənbələrindən istifadə etməyə üstünlük verir.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə dövlət başçımız İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş bunun üçün həmin ərazilərdə kifayət qədər bərpaolunan enerji potensialının olduğu bildirilmişdir.

"İşğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış müvafiq konsepsiya sənədi hazırlanmışdır. Konsepsiyanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpaolunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz "yaşıl enerji" ilə təmin etmək ekoloji cəhətdən təmiz enerji səmərəliliyinə malik "yaşıl texnologiyalar"ın tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır.

"Yaşıl enerji" zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, "ağıllı enerji" idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri iqtisadiyyatın bir çox sahələrində, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edirlər. Dünyanın prioritet elan etdiyi "yaşıl keçid" platformasının fəal iştirakçılarından olan ölkəmiz regionda bərpaolunan enerjinin istehsalı ixracı ilə bağlı bir sıra layihələrin əsas təşəbbüskarı kimi çıxış edir. Artıq Azərbaycan, Qazaxıstan Özbəkistan "yaşıl enerji"nin ixracı ilə bağlı imkanlarını əlaqələndirməyə başlayıblar.

Ötən ay Daşkənddə keçirilən görüşdə adıçəkilən ölkələrin iqtisadiyyat energetika nazirləri Mərkəzi Asiyanın günəş külək-elektrik stansiyalarından alınan "təmiz" elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər. Bununla bağlı Azərbaycan, Qazaxıstan Özbəkistanın energetika nazirləri enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar.

Əslində, hər üç ölkənin bu sahədə əməkdaşlığa başlaması üçün imkanları yetərincədir. Zəngin neft qaz ehtiyatlarına malik Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı üçün böyük potensialı var. Belə ki, son tədqiqatlar Azərbaycanda 27,5 qiqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun 3 qiqavatı külək enerjisinin, 23 qiqavatı günəş enerjisinin, qalanı isə bioenerjinin dağ çaylarının payına düşür. Eyni zamanda ölkənin Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün, təxminən, 157 qiqavatlıq potensialı var. Azərbaycan bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır.

Bu gün dünyanın hər yerində "yaşıl enerji"yə keçidlə bağlı yollar axtarılır, mövcud imkanlar nəzərdən keçirilir. Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli "yaşıl enerji" potensialına malikdir. Hazırda ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır. İctimaiyyətə təqdim olunan faktlardan da göründüyü kimi, son illər ölkəmizdə bu istiqamətdə vacib addımlar atılır. "Yaşıl enerji"yə keçidlə bağlı atılan bu addımlar yaxın gələcəkdə ölkəmizə böyük uğurlar gətirəcək.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.8.