Avropa Parlamentinə seçkilərdə Makronun məğlubiyyəti qaçılmazdır

 

 

Qoca qitənin vətəndaşlarının milli hökumətlərdən narazılığı səbəbindən fəallığın aşağı olacağı gözlənilir

 

 

 

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə iyunun 6-da Avropa Parlamentinə seçkilər başlayıb. Proses iyunun 9-dək davam edəcək. Bu seçkilərin nəticələri Aİ-nin əsas qanunverici orqanının tərkibini müəyyən edəcək 2029-cu ilə qədər birliyin daxili xarici siyasətinə təsir göstərəcək.

Seçkilərdə 720 yer uğrunda mübarizə gedir. Avropa Parlamentinin deputatlarının sayı hər seçkidən əvvəl müəyyən edilir, lakin mandatların ümumi sayı 750-dən çox olmamalıdır. Seçkilərdə 200-ə yaxın partiyanın nümayəndəsi iştirak edir.

İyunun 6-da Niderland vətəndaşları, dünən isə İrlandiya sakinləri səsvermədə iştirak ediblər. Bu gün səsvermə Latviya, Slovakiya Maltada keçiriləcək. Amma əsasən səsvermə iyunun 9-da - "böyük bazar" adlanan gündə baş tutacaq. Hər ölkədən olan deputatların sayı əhalinin sayından asılı olaraq 6-dan az, 96-dan çox ola bilməz. Avropa Parlamentinin məlumatına görə, maksimal sayda deputat Almaniyanı, ən az isə Kipr, Lüksemburq Maltanı təmsil edəcəklər.

Mandatlar Avropa Parlamentinə seçkilərdə iştirak edən partiyaların fraksiyaları arasında bölüşdürülür. "Politico"-nun son reytinqinə görə, onlardan ən böyüyü - sağ mərkəzçi Avropa Xalq Partiyasıdır (EPP) 172 yer (hazırda 179). Sonrakı yerlərdə Sosialistlərin Demokratların Mütərəqqi Alyansı - 130 yerlə (141), sağçı mühafizəkarların "Avropa Mühafizəkarları İslahatçılar" partiyası - 86 mandatla (67), liberalların "Yenilənən Avropa" partiyası - 75 yerlə (101), sağçı populistlərin "İdentiklik Demokratiya" - indiki 58 əvəzinə 67 yerlə, Yaşıllar - 41 yerlə (71) "Avropa solları" - 32 yerlə (38) təmsil olunmalıdırlar.

Müstəqil deputatların sayı indiki 50-dən 58-ə yüksələ bilər. Hələ heç bir fraksiyaya daxil olmayan partiyalar 59 mandat ala bilərlər.

Ən çox müzakirə olunan mövzulardan biri də EPP-nin sağında yerləşən partiyaların perspektivləridir. Onlar vahid koalisiya kimi çıxış etmirlər. Sağçı mühafizəkar partiyaların nümayəndələri "Avropa Mühafizəkarları və İslahatçılar" ("İtaliyanın Baş naziri Corca Meloninin "İtaliyanın qardaşları", İspaniyanın Vox, Polşanın "Qanun və Ədalət" və "İsveç Demokratları") fraksiyasını, sağçı populistlər isə "İdentiklik və Demokratiya" (İtaliyanın "Şimal Liqası",  Fransadan Marin Le Penin "Milli Birliy"i, iyun ayına qədər "Almaniya üçün Alternativ"də daxil idi) fraksiyasını təşkil edirlər.

"Politico"nun reytinqinə əsasən, onlar birlikdə parlamentdə 153 yer qazana bilərlər.

Lakin may ayının sonunda "Milli Birlik" "Almaniya üçün Alternativ"lə əməkdaşlıqdan imtina edib. Qarşılıqlı əlaqənin dayandırılmasına səbəb alman partiyasından Avropa Parlamentinin üzvü Maksimilian Kranın "la Repubblica" qəzetində SS üzvlərinin hamısının cinayətkar olmadığı barədə açıqlamasıdır.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron 2024-cü ilin populyarlıq sorğularında acınacaqlı nəticələrlə üzləşib. Bu, onu iflas dərəcəsinə gətirib çıxarır və Avropa Parlamentinə keçirilən seçkilərdə ifrat sağçıların qələbəsinə imkan yaradır.

Sorğulara əsasən, fransızların 67-68 faizinin öz prezidentləri haqqında fikirləri "pis" və ya "çox pis"dir ki, bu da onu bütün əsas sosial sektorlardan - qadınlardan, fəhlələrdən, fermerlərdən və ya orta sinifdən uzaqlaşdırıb, liberal peşələrin, kiçik və orta biznesin təmsilçiləri, nüfuzlu biznesmenlər və pensiyaçılar arasında dəstəyini azaldıb.

Beləliklə, Makronun yürütdüyü siyasət və onun fəsadları AP-yə seçkilərdə özünü göstərir və onun partiyasının məğlubiyyətini labüd edir.

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun direktor müavini Vladislav Belov deyir ki, "etirazçı" partiyaların, əsasən də sağçıların daha çox mandat əldə etmək şansı var, lakin onlar hələ effektiv qarşılıqlı fəaliyyət sistemini inkişaf etdirməyiblər.

Avropa Parlamentinə seçkilərdən sonra Avropa Şurasının yeni rəhbəri seçiləcək. O, sammit zamanı Aİ liderləri tərəfindən səs çoxluğu ilə seçilir. Bu vəzifəni hazırda Şarl Mişel tutur.

Avropa Komissiyasının rəhbəri seçkiləri isə sentyabr ayına təyin edilib. 2019-cu ildən bu vəzifəni tutan Ursula fon der Lyayenin ən azı 361 qanunvericinin dəstəyinə ehtiyacı var.

Ekspertlər hesab edirlər ki, qoca qitənin vətəndaşları milli hökumətlərdən narazı olduqları üçün Avropa Parlamentinə seçkilərdə fəallıq yüksək olmaya bilər.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 8 iyun, № 120.- S.5.