"Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
Qırğız Respublikasının Maliyyə Nazirliyi
yanında Dövlət Gömrük Xidməti arasında
qarşılıqlı ticarətin statistikasına dair məlumatların
mübadiləsi sahəsində əməkdaşlıq
haqqında Protokol"un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2024-cü il
Azərbaycan.-
2024.- 15 iyun, № 126.- S.2.