"Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi ilə Slovakiya Respublikasının
Müdafiə Nazirliyi
arasında müdafiə
sahəsində əməkdaşlıq
haqqında Saziş"in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il mayın 7-də Bakı şəhərində imzalanmış
"Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
ilə Slovakiya Respublikasının Müdafiə
Nazirliyi arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında
Saziş" təsdiq
edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Slovakiya Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun
2024-cü il
Azərbaycan.- 2024.- 15 iyun,
№ 126.- S.2.