Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899  (Cild I); 2024, № 4, maddə 373; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 40-1 - 40-3-cü hissələr  əlavə edilsin:

"40-1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su Meliorasiya Elmi Tədqiqat İnstitutu"

40-2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Regional Su Meliorasiya Xidməti"

40-3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi";

1.2. 47-ci hissənin sonundan nöqtə işarəsi çıxarılsın aşağıdakı məzmunda 48-ci hissə əlavə edilsin:

"48. Xankəndi şəhərində, Ağdərə Xocalı rayonlarında Bərpa, Tikinti İdarəetmə Xidməti.".

2. Bu Fərman 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun  2024-cü il

 

Azərbaycan. - 2024.- 15 iyun, № 126.- S.2.