Böyük tarixdən başlanan Zəfər yolu

 

 

1993-cü il 24 iyun tarixi Azərbaycanın dövlətçilik salnaməsinin şərəfli səhifələrindəndir

 

 

 

Ulu Öndər Heydər Əliyevin həyat yolu xalqımızın milli tarixi yaddaşının böyük bir mərhələsini təşkil edir.  Bu dahi şəxsiyyət məzmunca bir-birindən xeyli fərqlənən iki dövrdə Azərbaycana rəhbərlik etmiş, fərqli şəraitə, zamanın bir-birinə bənzəməyən çağırışlarına rəğmən vətəninin inkişafı üçün mövcud imkanları maksimum reallaşdıra bilmişdir.

Ümummilli Lider gələcəklə bağlı aydın, məqsədyönlü strategiyalar müəyyənləşdirə, xalqın potensialını böyük məqsədlərə doğru səfərbər edə bilirdi. Vəziyyətləri idarə etmək ustalığı, xalqın, dövlətin maraqlarını bütün ağır şəraitlərdə qorumaq əzmi, ən doğru qərarları vermək fəhmi, insanlara təsir gücü, nüfuzu, qətiyyəti, mətinliyi, məqsədyönlülüyü Heydər Əliyev böyüklüyünün ayrı-ayrı cəhətləridir.

Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmışdır. Azərbaycan xalqının müstəqil güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmişdir. Ümummilli Liderin xalqımız dövlətimiz qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq düşüncəsini bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gətirməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevirməsidir.

Heydər Əliyev nəcib əməlləri ilə adını tarixə əbədi həkk etmiş, bu fenomenal şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər mahiyyət, etibarilə intibah, milli tərəqqi, oyanış, nəhayət, müstəqil dövlət quruculuğu mərhələsinə çevrilmişdir. Böyük şəxsiyyətin fəaliyyətinin xalqımıza ümumən bəşəriyyətə bəxş etdiyi çox mühüm nəticələri, parlaq nailiyyətləri var. Bunlardan ən mühümü, təbii ki, Ümummilli Liderin qurub-yaradaraq aydın inkişaf yoluna çıxardığı, bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünə gəlib çatmış müstəqil dövlətimizdir.

Belə deyirlər ki, tarixi şansa, milli iradəyə liderə malik olmaq - bunlar hər bir xalqın milli azadlığa dövlət müstəqilliyinə qovuşması üçün üç əsas şərtdir. Keçmişə nəzər salsaq, bu üç şərtin hər birinin Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti işığında bir araya gəldiyini görürük. Azərbaycan xalqının ötən əsrin əvvəllərində Cümhuriyyətin süqutundan sonra itirdiyi müstəqillik nemətini əsrin sonunda yenidən əldə etməsi üçün tarixi şəraitin yetişməsində, milli iradənin formalaşmasında Heydər Əliyev amilinin rolu danılmazdır. Ümummilli Lider hələ sovet Azərbaycanına rəhbərliyi dövründə cəmiyyətimizdə milli şüurun oyanışına nail olmuş, misilsiz fədakarlıq hesabına gələcək siyasi, iqtisadi, mədəni müstəqillik üçün zəngin potensial formalaşdırmışdı.

 

 

 

Tarixdə qalan daha bir gün

 

 

 

Malik olduğu ali şəxsiyyət meyarları, Azərbaycan xalqının dövlətinin taleyində oynadığı müstəsna rol Heydər Əliyevin həyatı ilə bağlı müxtəlif əlamətdar günləri tariximizə əbədi həkk etmişdir. Bu günlər, tarixlər müstəqil Azərbaycanın dövlətçilik salnaməsinin şərəfli səhifələridir. Heydər Əliyevin ömür yolu böyük bir məktəbdir. Onun həyatının hər günü bir tarixdir, çünki bu günlər Azərbaycan üçün yaşanıb ümumilikdə Azərbaycanın milli dövlətçilik tarixi ilə bütünləşib. Bu tarixdə 24 iyun 1993-cü il gününün xüsusi yeri var. Həmin gün Ali Sovet Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərinin Ulu Öndər Heydər Əliyevə verilməsi barədə qərar çıxarmış, beləliklə, Ümummilli Lider xalqımız dövlətimiz üçün çox çətin, sınaqlarla dolu məqamda ölkənin taleyinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

Bu, Ulu Öndərin xalqın təkidli tələbi ilə 15 iyun 1993-cü ildə Azərbaycanın ali rəhbərliyinə qayıdışı ilə başlanan milli qurtuluş prosesinin məntiqi davamı idi. Bütün bunlar baş verməsəydi, Heydər Əliyev xilaskar missiyasını öz üzərinə götürməsəydi, nələr olardı, ümumiyyətlə, bu gün müstəqil Azərbaycan dövlətinin indiki sərhədlər hüdudunda mövcudluğu qalardımı, bu, tarixin cavabsız suallarındandır. Fakt budur ki, 1993-cü ilin 15 iyununa kimi Azərbaycanda baş verən ictimai-siyasi proseslər respublikanı böhran vəziyyətinə, parçalanmaq səviyyəsinə müstəqilliyin itirilməsi həddinə gətirib çıxarmışdı. Ötən əsrin 80-ci illərinin ikinci yarısında keçmiş SSRİ- hakimiyyət başına gələn M.S.Qorbaçovun Azərbaycana, xalqımıza, Ümummilli Lider Heydər Əliyevə düşmən münasibəti ağır nəticələrə səbəb olmuşdu. Ulu Öndərin keçmiş SSRİ rəhbərliyindəki ali vəzifələrində istefaya göndərilməsini fürsət bilən Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı genişlənmişdi. Xalqımızın gözünü qorxutmaq, milli istiqlal mübarizəsindən çəkindirmək üçün sovet ordusunun Bakıda respublikamızın müxtəlif regionlarında həyata keçirdiyi əməliyyat nəticəsində yüzdən çox vətəndaşımızın qətli ilə nəticələnən 20 Yanvar faciəsi baş vermişdi. Bundan qısa müddət sonra cəmiyyətimiz ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətindən sarsılmışdı.

O dövrdə Azərbaycanı idarə edənlər isə proseslərin əvvəlindən qeyri-adekvat siyasət yürüdürdülər. Xalq hərəkatı dalğasından siyasətə gələn səriştəsiz şəxslərlə hakimiyyətdəki qrup arasında davam edən çəkişmələr ölkədə xaosu, anarxiyanı getdikcə gücləndirirdi.

Azərbaycanda milli azadlıq, milli istiqlaliyyət uğrunda xalq hərəkatı başlananda meydana gələrək ilk vaxtlarda kommunist rejiminə qarşı fəal mübarizə aparan buna görə ətrafına çoxsaylı tərəfdarlar toplayan Azərbaycan Xalq Cəbhəsi getdikcə öz məram məqsədlərindən uzaq düşürdü. Hakimiyyətə gəldikdən sonra yüksək dövlət vəzifələrinə heç bir peşəkar qabiliyyətinə, idarəçilik, dövlətçilik təcrübəsinə məhəl qoyulmadan əsasən AXC üzvləri təyin edilir, yüksək potensiala malik digər şəxslər kənarda qalır, eyni zamanda uzun illər ərzində idarəçilik sistemində zəngin təcrübə toplamış səriştəli şəxslər istefaya göndərilir, beləliklə, AXC getdikcə öz sosial bazasını itirirdi.

Ordu quruculuğu işi olduqca aşağı səviyyədə idi. Nizami ordu yaradılmamışdı. Ona görə çox halda döyüşçülər vahid komandanlığın əmrlərinə tabe olmur, nizami ordunun tələblərinə, nizamnamə qaydalarına əməl etmirdilər. Ayrı-ayrı hərbi birləşmələr müxtəlif siyasi qrupların əlində bir-birinə qarşı təzyiq alətinə çevrilmişdi. Cəbhə bölgəsində hərbi əməliyyat planları peşəkar hərbçilər tərəfindən deyil, diletantlar, həvəskarlar tərəfindən işlənib hazırlanırdı. Fərarilik təxribat halları da geniş miqyas almışdı müvafiq inzibati orqanlar buna qarşı hər hansı tədbir görmək gücündə deyildi.

 

 

 

Xilaskar

 

 

 

Azərbaycan xalqı hələ ötən əsrin 80-ci illərinin sonlarından ölkənin müstəqil dövlət kimi gələcək inkişafını böyük rəhbər Heydər Əliyevdə görürdü. İnsanlar, cəmiyyətin sağlam kəsimi bu təcrübəli dövlət adamının respublikaya qayıdıb dövlət quruculuğu proseslərində fəal iştirakını təkidlə tələb edirdilər. Lakin ölkənin keçmiş kommunist rəhbərləri, silahlı çevriliş yolu ilə hakimiyyətə gələn AXC təmsilçiləri Heydər Əliyevin hakimiyyətdə təmsil olunmasına imkan vermək istəyirdilər. Kommunist rəhbərlərin niyyəti aydın idi: onlar Heydər Əliyevi ölkənin ali rəhbərliyindən kənarda qoymaqla mərkəzdən onlara verilmiş göstərişlərə sadiqliklərini göstərməyə çalışırdılar. Heç bir siyasi, idarəetmə təcrübəsi olmadan mitinqlərdən ali hakimiyyət kürsülərinə sürətli yol keçən təsadüfi kəslər isə Heydər Əliyevin simasında özlərinə güclü rəqib gördüklərindən bu böyük dövlət adamının siyasi proseslərdə fəal iştirakını hər vəchlə əngəlləməyə çalışırdılar. Amma səriştəsiz idarəçilik nəticəsində Azərbaycan artıq elə bir vəziyyətə gəlib çatmışdı ki, Ümummilli Lider Heydər Əliyevi ölkənin xalqın xilasına dəvət etməkdən başqa bir yol görünmürdü.

Ölkədə sosial-iqtisadi böhran dərinləşmiş, xalqın həyat tərzi xeyli aşağı düşmüş, daxildən xaricdən getdikcə fəallaşan təxribatçı qüvvələrin səyi nəticəsində Azərbaycanın parçalanmasına zəmin hazırlanmışdı. Ölkədə vətəndaş qarşıdurması etnik separatizm meyilləri getdikcə güclənirdi. Azərbaycan dövlətçiliyi ciddi böhran keçirirdi. AXC-Müsavat hakimiyyəti yaranmış böhranlı vəziyyət qarşısında aciz duruma düşmüşdü. 1993-cü ilin aprelində erməni silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi ölkədə siyasi böhranı son həddə çatdırmışdı. Müharibə gedən ölkədə soyğunçuluq, korrupsiya, banditizm gündəlik həyat tərzinə çevrilmişdi.

Belə bir durumda Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Vətəndaşlarımız bu görkəmli dövlət xadiminin ölkənin gələcəyinə görə məsuliyyəti üzərinə götürməsini təkidlə tələb edirdi. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşünə respublikanın hər yerindən nümayəndələr gəlir, eyni israrlı tələblərlə ona Azərbaycanın ən müxtəlif bölgələrindən, ünvanlarından məktublar, teleqramlar göndərilirdi.

Ümummilli Lider Azərbaycanı gözləyən faciəli aqibəti görüb xalqın səsinə səs verərək, iyunun 9-da Naxçıvandan Bakıya gəldi. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi həmin gün tariximizə Qurtuluş Günü kimi əbədi yazıldı.

 

 

 

Dövlətin müqəddəratını həll edən lider

 

 

 

Ulu Öndərin o çətin sınaqlar dövründə Azərbaycan rəhbərliyinə gəlişi ölkənin müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı. Torpaqlarımızın işğalı dayandırıldı. Respublikanın parçalanması təhlükəsi aradan qalxdı. İnsanlarımızda vəziyyətin tezliklə düzələcəyinə, müstəqillik yollarında ilk kövrək addımlarını atan ölkəmizin gələcəyinə inam yarandı. Xalq hakimiyyətə Heydər Əliyevi çağırmaqla ümidlərinin doğrulduğunu gördü. 

Azərbaycan Respublikasının ovaxtkı prezidenti Əbülfəz Elçibəyin 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə heç kimə məlumat vermədən Bakını tərk edib Naxçıvanın Kələki kəndinə getməsi bu addımın yaratdığı böyük çaşqınlıq onsuz da gərgin olan vəziyyəti daha da ağırladırsa belə Heydər Əliyev böyük çətinlik qarşısında yenə təmkinini itirmədən özünəməxsus siyasi təcrübə ilə beynəlxalq hüquq normalarına Konstitusiyaya uyğun hərəkət edərək respublikada vəziyyətin normallaşdırılması, müstəqilliyin qorunması möhkəmləndirilməsinə çalışırdı.

Azərbaycan Prezidenti öz səlahiyyətlərini icra edə bilmədiyindən Ali Sovetin 24 iyun 1993-cü il tarixli qərarı ilə prezident səlahiyyətlərinin icrası Ulu Öndər Heydər Əliyevə verildi. Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başladıqdan sonra 2 iyul 1993-cü il tarixli bəyanatında bildirirdi: "Azərbaycan Respublikası adından bəyan edirəm ki, Azərbaycan dövlətinin daxili xarici siyasətində heç bir dəyişiklik baş verməyəcəkdir. Bildirirəm ki, Azərbaycan demokratiya, siyasi plüralizm azad iqtisadiyyat yoluna davam edəcəkdir. Azərbaycan dövləti insan hüquqlarına bütün beynəlxalq hüquq normalarına riayət edəcək, respublikamızda başlanmış demokratik islahatlar bundan sonra daha geniş sürətlə həyata keçiriləcəkdir. Dünya dövlətləri ilə bərabərhüquqlu qarşılıqlı faydalanma prinsipləri əsasında başlanmış iqtisadi əməkdaşlıq davam etdiriləcək, ayrı-ayrı xarici şirkətlərlə imzalanması nəzərdə tutulmuş bütün müqavilələrlə bağlı götürülmüş öhdəliklər sivilizasiya normaları çərçivəsində yerinə yetiriləcəkdir. Ölkəmizin daxili ictimai-siyasi vəziyyəti sabitləşdikcə həmin məsələlərlə daha fəal məşğul olmağa imkan yaranacaqdır".

 

 

 

Anda sadiqlik

 

 

 

1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdi. 1993-cü il oktyabrın 3-də keçirilən növbədənkənar prezident seçkisində isə Ümummilli Lider Heydər Əliyev xalqın mütləq dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 10 oktyabr tarixində keçirilən andiçmə mərasimində Prezident Heydər Əliyev deyirdi: "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm".

Ümummilli Lider Azərbaycanı tarixin sərt təlatümlərindən hifz edərək aydın, rəvan inkişaf yoluna çıxardı. Ölkədə demokratik-hüquqi dövlət quruculuğu proseslərinin əsası qoyuldu. Bu prosesə mane olan amillər, o cümlədən qanunsuz silahlı qruplaşmalar, dövlətçiliyi təhdid edən qüvvələr aradan qaldırıldı. İctimai-siyasi sabitlik təmin edildi. İnsan hüquq azadlıqlarının qorunmasına, vətəndaş cəmiyyətinin qurulmasına, azadlıq sosial məsuliyyət dəyərlərinin bərqərar olmasına doğru mühüm addımlar atıldı. Ümummilli Lider cəbhə bölgəsində atəşkəsə nail olaraq insan itkilərinin qarşısını aldı, bir tərəfdən Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanlarını nəzərdən keçirmək, digər tərəfdən mövcud rersursları ölkənin sosial-iqtisadi problemlərinin həllinə, ordu quruculuğuna, lazımi islahatların aparılmasına yönəltmək üçün zaman qazanmış oldu.

 

 

 

Möhkəm təməllər üzərində strateji inkişaf

 

 

 

Ulu Öndər Azərbaycanın yaxın onilliklərdə böyük inkişafı üçün möhkəm təməllər formalaşdırdı. Müəyyənləşdirdiyi inkişaf yolunun dönməzliyini, əbədiliyini təmin etdi. Heydər Əliyevin strateji inkişaf kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin ideyaları işığında dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə gətirib çatdırdı. Ümummilli Liderin ən mühüm vəsiyyətini yerinə yetirdi. Torpaqlarımızın işğalçılardan təmizlənməsinə, Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpasına nail oldu. Şuşada, Xankəndidə bayrağımızı dalğalandırdı.

Bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq-bərpa işləri, azad torpaqlarımızın inkişafa qovuşması, Azərbaycanın regionun lider dövləti kimi bütün dünyada getdikcə yüksələn nüfuzu, ölkəmizin təşəbbüsü fəal iştirakı ilə gerçəkləşən qlobal layihələr Ümummilli Liderin çin olan, gerçəkləşən arzularıdır. İllər əvvəl ölkənin parlaq gələcəyini Heydər Əliyevin ideyları işığında, Ulu Öndərin müdrik zəkasında, strateq fəhmində, sarsılmaz qətiyyətində görən Azərbaycan xalqının ümid inamının təntənəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkəmizdə respublika hüdudlarından kənarda həyata keçirdiyi sosial-humanitar layihələr Ümummilli Liderin tarixə çevrilmiş ömrünün, nəcib əməllərinin davamıdır.

Yol davam edir, ümid inam daha da möhkəmlənir, Azərbaycan gündən-günə güclənir, qüdrətlənir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız, dövlətimiz tarixi nailiyyətlərini qoruyaraq yeni strateji dövrdə öz milli hədəflərinə doğru irəliləyir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 23 iyun, ¹ 129.- S.4.