Azərbaycanın "yaşıl enerji" potensialı böyük, hədəfləri aydındır

 

 

Prezident İlham Əliyev bunu "Euronews"a müsahibəsində bir daha vurğulayıb

 

 

 

Azərbaycanın  enerji siyasətinin növbəti reallığı "yaşıl enerji"nin inkişafı ilə bağlıdır. Belə ki, dünyada neft-qaz diyarı kimi tanınan ölkəmiz zəngin alternativ enerji resurslarına da malikdir.

Bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını dövlət tərəfindən müəyyənləşdirilən 2021-ci ilin fevralında qəbul olunan "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" təşkil edir. Beş milli prioritetdən biri - təmiz ətraf mühit "yaşıl artım" ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur.

Bununla yanaşı, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması  nəzərdə tutulur.

İndi bu hədəflərə doğru inamla irəliləyirik. Keçən il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətilə tikilən "Qaradağ" Günəş-Elektrik Stansiyasının müvəffəqiyyətlə istismara daxil olması sözügedən istiqamətdə uğurlu start götürüldüyünə bariz misaldır. "Qaradağ" Xəzər regionunda MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə birgə tikilməkdə olan "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası da xüsusi əhəmiyyət daşıyır. Stansiyanın təməli 2022-ci il yanvarın 13-də Xızı rayonunun ərazisində qoyulub. Bu, ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpaolunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. "Xızı-Abşeron" stansiyasında ildə 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, bu da təxminən 300 min evin elektrik enerjisi ilə təmin edilməsi deməkdir.

Növbədə Cəbrayıl rayonunda BP ilə tikiləcək "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməlinin qoyulmasıdır. Bu enerji obyektinin bir önəmi ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərimizdə tikiləcək. Məlumdur ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindəki Zəfərdən az sonra bu əraziləri - 10 min kvadratkilometr sahəni "yaşıl enerji" zonası elan edib. Odur ki, "Şəfəq"in tikintisi həm bu məqsədin gerçəkləşməsində əhəmiyyətli rol oynayacaq, həm ümumən Qarabağda Şərqi Zəngəzurda aparılan möhtəşəm quruculuğun bir hissəsinə çevriləcək.

Dövlətimizin başçısı eləcə Naxçıvan Muxtar Respublikasını "yaşıl enerji" zonası elan edib. İndi bu diyarın da həmin sahədəki potensialından səmərəli istifadə olunması üçün geniş perspektivlər açılır. Konkret olaraq Naxçıvan MR-in  5 QVt "yaşıl enerji" mənbələri potensialı ilə enerjinin bu növünün ixracatçısına çevrilməsi hədəflənib.

Bu istiqamətdə Azərbaycan-Türkiyə Enerji Forumu  möhkəm platforma təşkil edir. İlk dəfə 2021-ci ildə Bakıda təşkil olunan  bu forum iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Əsasən "yaşıl enerji" konsepsiyası çərçivəsində formalaşdırılan  platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini qarşıya qoyur. Növbəti dəfə - 2022-ci ildə Türkiyədə keçirilən foruma üçüncü dəfə keçən ilin payızında Naxçıvan evsahibliyi etdi. Bu mühüm tədbir regionun  "yaşıl enerji" mənbələrini bir daha təhlil etmək, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə nail olmaq baxımından böyük rol oynayır.

"Bu, yalnız başlanğıcdır". Prezident İlham Əliyev  bu ayın əvvəlində    Bakı Enerji Həftəsi keçirilən zaman "Euronews" televiziyasına müsahibəsində belə deyib.  "Masdar"la birgə görüləcək işlər barədə bildirilib ki, həmin  gün  ümumi gücü 1 qiqavat olan üç günəş külək enerjisi stansiyalarının təməlqoyma mərasimləri keçirilib.

"Biz orta perspektivdə 10 qiqavata 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz günəşi, istəyimizi o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a evsahibliyi edəcək ölkə kimi "yaşıl enerji"yə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir", - deyə dövlətimizin başçısı sahədəki prioritetləri açıqlayıb.

O da təbiidir ki, hər yeni qeyri-müəyyənliklərlə dolu olur. "Yaşıl enerji"yə keçidin öz çətinlikləri var. Prezident İlham Əliyev bu sahədə tərəfdaşlarımıza  da güvəndiyimizi bildirib: "Masdar" strateji tərəfdaşdır. Həmçinin "ACWA Power" var. Daha sonra BP sərmayədarlarımız sırasındadır bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkəti var. Bir sözlə, biz neft qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil bu səbəbdən hədəfimiz ixracdır".

Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir . Elektrik enerjisi maksimum istehsal edilməli təbii qaza qənaət olunmalıdır. Çünki  indi Azərbaycan qazına tələbat böyükdür.

"Yalnız daxili gündəliyimizdən asılı olan həll edilməli bir çox məsələlər şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik." "Euronews" televiziyasına müsahibəsində dövlətimizin başçısı bunu da vurğulamışdır.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 23 iyun, ¹ 129.- S.4.