Prezidentin
xüsusi nümayəndəsi:
“Oxçuçay üzərində
qurulmuş kiçik su elektrik stansiyaları
Zəngilan şəhərini
alternativ enerji ilə təmin edəcək”
Bildiyiniz kimi, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı
müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin
“yaşıl enerji"
zonasına çevrilməsi
əsas istiqamətlərdən
biri hesab olunur. Hazırda bölgədə bununla bağlı bir sıra uğurlu layihələr icra edilir.
Bu sözləri
AZƏRTAC-a açıqlamasında Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev söyləyib.
O bildirib ki, Zəngilan şəhərində
Oxçuçay üzərində
4 ədəd kiçik
su elektrik stansiyası qurulub. Bu da Zəngilan
şəhərinin alternativ
enerji ilə təminatına imkan verir. Bundan başqa,
Ağalı kəndində
Həkəri çayı
üzərində qurulmuş
“Arximed” qurğusu vasitəsilə bu kəndin elektrik enerjisinə ehtiyacı təmin olunur.
“Həmçinin
ərazi günəşli
günlərin sayına
görə xüsusilə
fərqlənir və
bu da bizə imkan verir ki, tikilən bütün evlərdə, inzibati binalarda günəş panellərindən geniş
istifadə edilsin”, - deyən V.Hacıyev
işğaldan azad olunmuş bütün ərazilərdə biomüxtəlifliyin
bərpası istiqamətində
də bir sıra layihələrin həyata keçirildiyini xatırladıb. Deyib ki, sadalanan bütün bu fəaliyyətlər ölkəmizin dünyada qlobal iqlim dəyişmələri
ilə mübarizə
işinə müsbət
töhfəsini verir, həmçinin COP29-un məqsədlərinə
nail olunması işinə
də dəstək göstərir.
Azərbaycan.-2024.- 23 iyun,
№ 129.- S.7.