Soltan
Məmmədov: Seçkilərin
vaxtının irəli
çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla
həllinə imkan verəcək
Azərbaycan
son illərdə öz tarixinin ən möhtəşəm
dövrlərindən birini yaşayır. 2020-ci ildə Vətən
müharibəsində əldə etdiyimiz Zəfər və
2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin
nəticələri xalqımızın tarixində yeni bir səhifə
açmışdır. Dövlətimizin artan gücü və
beynəlxalq aləmdə yüksələn nüfuzu bizə
olan etimadın daha da dərinləşməsinə səbəb
olmuşdur.
AZƏRTAC xəbər
verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov
parlamentin bugünkü iclasında çıxışı
zamanı deyib.
O bildirib ki,
COP29-un Azərbaycanda keçirilməsi barədə ötən
ilin dekabrında qəbul edilmiş qərar məhz Azərbaycana
beynəlxalq ictimaiyyətin yüksək etimadının daha
bir göstəricisi idi. Respublikamız bu ilin noyabrında
COP29-la yanaşı Kioto Protokolunun Tərəflər
Görüşünün 19-cu sessiyası və Paris
Sazişinin Tərəflər Görüşünün
6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərə
də ev sahibliyi edəcək. Qlobal problemlərin müzakirə
olunacağı bu mötəbər tədbirlər
hazırlıq kifayət qədər vaxt və enerji tələb
edir.
“Təbii ki,
bir çox yüksək səviyyəli beynəlxalq
forumları, idman yarışlarını və digər tədbirləri
ən yaxşı şəkildə təşkil etmək təcrübəsinə
malik olan ölkəmizin bu dəfə də üzərinə
götürdüyü missiyanı uğurla yerinə yetirəcəyi
şübhəsizdir. Bununla yanaşı, onu da nəzərə
almalıyıq ki, belə qlobal əhəmiyyətli beynəlxalq
tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili
kifayət qədər çətin prosesdir. Ona görə də
hesab edirəm ki, Yeni Azərbaycan Partiyasını təmsil edən
deputatların növbədənkənar seçkilərin təyin
olunması barədə təşəbbüsü mövcud
reallıqları nəzərə alan, ölkəmizin
qarşısında duran vəzifələrin miqyasını
düzgün qiymətləndirən yanaşmanın ifadəsidir”,
- deyə Milli Məclisin deputatı vurğulayıb.
S.Məmmədov
deyib ki, seçkilərin vaxtının irəli çəkilməsi
COP29-un təşkili ilə bağlı bütün məsələlərin
uğurla həll edilməsinə imkan verəcək, eyni
zamanda, belə bir yüksək səviyyəli tədbir
zamanı parlamentin tam gücü ilə fəaliyyət
göstərməsinə şərait yaradacaq. “Bildiyiniz kimi,
COP29 sessiyası çərçivəsində Parlament
Konfransının təşkili nəzərdə tutulur. Bu barədə
Milli Məclislə Parlamentlərarası İttifaq arasında
Anlaşma Memorandumu imzalanıb. Parlament iclası COP29-un ən
mühüm tədbirlərindən biridir və bu iclasa
hazırlıq üçün Milli Məclisdə deputatlardan
ibarət işçi qrupları yaradılmalıdır.
Bundan başqa, Parlament konfransının yekun sənədinin
hazırlanması da uzun və çətin bir prosesdir. Ona
görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin
COP29 sessiyasına qədər formalaşması çox
mühüm əhəmiyyət kəsb edir”, - deyə o əlavə
edib.
Azərbaycan.-2024.-
23 iyun, ¹ 129.- S.7.