Əbdüləziz
əl-Tüveycri: COP29 böyük
imkanlara malik ölkədə keçiriləcəyinə
görə uğurlu olacaq
Bütün
dünya əhalisinin ərzaq təhlükəsizliyi təmin
olunmalıdır. Aclıq və müharibələrin
hökm sürdüyü ölkələri dəstəkləmək
bizim əsas istiqamətlərimizdən olmalıdır.
COP29-un bu istiqamətdə atılan mühüm addım
olacağına inanıram.
AZƏRTAC xəbər
verir ki, bu barədə İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (ICESCO) sabiq Baş direktoru, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz əl-Tüveycri
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək”
mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı
çərçivəsində təşkil edilən
“Ərzaq və kənd təsərrüfatı sektorunun
xüsusi halı” mövzusunda panel müzakirələrində
çıxışında deyib.
COP29-un əhəmiyyətini
vurğulayan Əbdüləziz əl-Tüveycri bildirib ki, bu
tədbir bütün dünya dövlətləri aclıq və
müharibələrdən əziyyət çəkən
dövlətləri dəstəkləməyə
çağırmaq üçün bir addımdır.
Ərzaq çatışmazlığından əziyyət
çəkən ölkələri dəstəkləmək
bütün bəşəriyyət gələcəyinə
verəcəyimiz dəstəkdir”, - deyə o əlavə edib.
ICESCO-nun
sabiq Baş direktoru deyib ki, COP29 böyük imkanlara malik
ölkədə keçiriləcəyinə görə
uğurlu olacaq.
Azərbaycan.-2024.-
23 iyun, ¹ 129.- S.7.