Leyla
Həsənova: İqlim
dəyişikliyi ilə
bağlı həllər
hazırlayarkən gənclərin
nəzərə alınması
zəruridir
Mən iqlim
dəyişikliyi ilə mübarizədə yeni təməlimizin
nə olduğunu düşünürdüm və başa
düşdüm ki, o, əslində gənclər və
uşaqlar da daxil olmaqla, hər masanı, hər səviyyəni
əhatə edir. Bu, yeni normadır. İqlim dəyişikliyinin
nəticələrinin ağır yükünü ən uzun
müddət daşıyacaq olanlar gənclərdir. Bu gün
atdığımız addımlar və verdiyimiz qərarlar
uşaqlara, gənclərə və gələcək nəsillərə
birbaşa təsir edəcək.
AZƏRTAC xəbər
verir ki, bu sözləri “COP29-a Aparan Yol: Dayanıqlı və
Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli
29-cu Toplantının Zəngilanda keçirilən "Siyasət:
Lobbiçilər, Gənclər, qadın qrupları, fəallar
və ictimaiyyətin iştirakı" mövzusunda panel
iclasında COP29-un gənclər iqlim çempionu Leyla Həsənova
söyləyib.
Onun sözlərinə
görə, iqlim dəyişikliyi ilə bağlı həllər
hazırlayarkən gənclərin nəzərə
alınması zəruridir.
“Bizim nəsil
müdafiə etdiyi siyasətlərin həm iddialı, həm
də yerli reallıqlara əsaslanmasını təmin etməlidir.
Gənclərin qlobal iqlim gündəliyinin
formalaşmasında və yerlərdə fəaliyyətin səfərbər
edilməsində praktiki iştirakı əvəzsizdir. Gənclərin
iqlimə uyğunlaşma prosesində iştirakı təkcə
faydalı deyil, həm də vacibdir”, - deyə L. Həsənova
vurğulayıb.
Azərbaycan.-2024.-
23 iyun, ¹ 129.- S.7.