"Cozep
Borel özünə erməni desəydi, daha yaxşı olardı"
"44 günlük Vətən müharibəsinə
qədər bizə belə gəlirdi ki, Avropanın böyük dövlətləri,
nüfuzlu təşkilatları
Qarabağ həqiqətlərini
başa düşüb
və Azərbaycanı
müdafiə etməyə
hazırdırlar. Amma
çox təəssüf
ki, belə olmadı".
Milli Məclisin
deputatı Anar İsgəndərov "Azərbaycan"
qəzetinə açıqlamasında
xatırladıb ki, ölkəmizin İkinci Qarabağ savaşındakı
qələbəsindən sonra
Qərb dövlətlərinin
iç üzü açılıb: "Bəzi
Avropa ölkələri,
erməni lobbisinin əlində alətə çevrilən "diplomatlar"
ermənilərdən daha
çox erməni olmağa başlayıblar.
Bunlardan biri də Avropa İttifaqının xarici
işlər və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Cozep Boreldir". Deputatın fikrincə, əslində,
Borel özünə erməni desəydi, daha yaxşı olardı, çünki daha çox erməni kimi hərəkət edir.
A.İsgəndərov bildirib ki, müharibədən
sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli
Bəyannaməyə əsasən,
Ermənistan üzərinə
götürdüyü öhdəlikləri
yerinə yetirməli olsa da, amma
bu şərtlərə
riayət etmədi:
"Erməni separatçıları
mövqe tutduqları yerlərə həm ordu yerləşdirdilər,
həm də bu əraziyə gizli yollarla silahlar gətirdilər. Borel başda olmaqla Avropa dövlətlərinin bəzi
rəsmiləri bunu alqışladılar və
Azərbaycanı ittiham
etməyə başladılar.
2023-cü ilin sentyabrında
Azərbaycan tərəfi
antiterror tədbirləri
həyata keçirəndən
sonra separatçı
yuvasını darmadağın
etdi. Daha sonra Fransa başda
olmaqla Avropa dövlətlərinin, eləcə
də ABŞ-nin hay-həşiri dünyanı
bürüdü. Amma
Azərbaycan 90-cı illərin
Azərbaycanı deyildi.
Buna görə də Azərbaycan buna əhəmiyyət vermədi". Deputat qeyd edib ki,
Avropa təşkilatlarının
səsləndirdikləri "ermənilər Qarabağa
geri qayıtmalıdır",
"Azərbaycan tərəfindən
etnik təmizləmə
həyata keçirilir"
kimi sərsəm fikirlər indi də C.Borel tərəfindən tez-tez
təkrar edilir. Bu fikirlərdə Azərbaycan tərəfindən
həbs olunan cinayətkarların, quldurların
geri qaytarılmalı,
ermənilərin Qarabağa
qayıtması üçün
şərait yaradılmalı
olduğu iddia olunur.
"Əlbəttə ki, bunlar artıq
keçmişdə qalıb.
Artıq "Dağlıq
Qarabağ" deyilən
qurum yoxdur, ermənilər isə könüllü, özxoşuna
bu ərazilərdən
köçüb gediblər.
Azərbaycan müstəqil
dövlətdir və
Ermənistanla sülh
müqaviləsinin imzalanması
üçün hər
zaman əlindən gələni edir. Azərbaycan tərəfindən
sülh şərtləri
Ermənistana təqdim
edilib. Ermənistan da bu istiqamətdə
işlər görmək
istəyir. Məsələn,
Qazaxın dörd kəndinin geri qaytarılması və sərhədin burada təyin olunması uğurlu hadisələrdən
biridir. Azərbaycan dönə-dönə təkid
edir ki, digər heç kim iki dövlətin
daxili işlərinə
qarışmasın, bu
halda məsələ
yoluna qoyula bilər" -, deyə deputat bildirib.
A.İsgəndərov vurğulayıb ki, məsələyə müdaxilə
edən hər bir dövlətin öz marağı var və bu
maraqlar iki dövlət arasında sülh müqaviləsinin
imzalanmasına mane olur: "Azərbaycan bunu açıq şəkildə dünyaya
bildirir. Eyni zamanda onu da
nəzərə çatdırır
ki, əgər Ermənistanda revanşist düşüncələr yenidən
artarsa, bunun ağır nəticələri
ola bilər. Azərbaycan öz ərazi bütövlüyünü
qorumaq üçün
hər cür addım atacaq. Amma Azərbaycanın fikri də, istəyi də sülhdür. Avropanın
hansı təşkilatının
rəhbəri, üzvü
Azərbaycana böhtan
atırsa, demək, məqsədi bəllidir. Azərbaycan öz yolunda uğurla addımlayacaq".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
23 iyun, № 129.- S.8.