Fransanın müstəmləkə siyasəti beynəlxalq səviyyədə ifşa olunur

 

 

Bakı Təşəbbüs Qrupu müstəqillik istəyən xalqların mütəşəkkil mübarizə platformasına çevrilib

 

 

 

Azərbaycan XXI əsrdə neokolonializmin hələ davam etdirilməsinə son qoyulması, dünya ictimaiyyətinin diqqətinin bu problemə cəlb olunması üçün ardıcıl fəal həyata keçirir.

Təsadüfi deyil ki, bu gün Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə zülmündən əziyyət çəkən xalqların azadlıq səslərinin çatdırılması, Fransa kolonializminin dünyada tanıdılması istiqamətində mütəşəkkil mübarizə platformasına çevrilib. Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası) kimi ölkələrin sözügedən təşkilatda aktiv iştirakı da buna bariz nümunədir.

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən iyunun 20-də BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti konfransın keçirilməsi ilə beynəlxalq ictimaiyyətin diqqəti bir daha bu məsələyə cəlb edildi.

 

 

 

Müstəqilliyə fundamental azadlıqlara doğru

 

 

 

"Müstəqilliyə Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu"  adlı konfrans BMT-nin Müstəmləkə altında olan ölkələr xalqlara müstəqillik verilməsi haqqında bəyannaməsinin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində baş tutub.

Konfransda Fransa Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki, eləcə Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar tədqiqatçılar iştirak ediblər.

Təşkilatın şöbə müdiri Elgün Hacıyev bildirib ki, BTQ sayca 11-ci beynəlxalq konfransını təşkil edib müstəmləkə ərazilərinin üzləşdiyi problemlər Fransanın tətbiq etdiyi blokadadan səmərəli şəkildə çıxmaqla dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Fransız Polineziyasının hakim "Tavini" Partiyasının Siyasi məsələlər üzrə direktoru Riçard Tuheyava deyib ki, müstəmləkəçi ölkə olan Fransa C24-də faktiki olaraq iştirak etmir Fransız Polineziyası ilə bağlı BMT-nin Nizamnaməsinə uyğun addımlar atmır. Yeni Kaledoniyanın xarici işlər naziri Mikhael Forrest xalqının çətin dönəmdən keçdiyini diqqətə çatdırıb Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsinin yad edildiyi üçün konfrans iştirakçılarına təşəkkür edib. Bildirib ki, Bakı Təşəbbüs Qrupunun bu konfransı Yeni Kaledoniya kimi müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz səslərini eşitdirmək imkanı yaradıb.

Tədbirdə Sent-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelup Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi beynəlxalq öhdəlikləri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər yerli xalqların tələblərinə məhəl qoymayaraq hələ müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

İştirakçılar təmsil etdikləri xalqların tələblərini səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.

Konfransın sonunda siyasi müraciət qəbul olunub. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmağa dair öhdəlik götürüblər, həmrəylik addımlarını gücləndirməklə bağlı qərar qəbul ediblər.

 

 

 

Qətiyyətli mübarizə

 

 

 

Özünü dünyaya "demokratik" ölkə kimi sırımaq istəyən Fransa müstəmləkə siyasətini davam etdirir, özündən minlərlə kilometr uzaqda yerləşən ərazilərin sərvətlərini talayır, insanlarını kölə yerinə qoyur, beynəlxalq hüququ ayaqlar altına ataraq azadlıq, müstəqillik tələb edən yerli xalqların istəklərini qanla boğmaqdan belə çəkinmir. Bütün dünya Makron hakimiyyətinin Kanakidə  müstəqillik tələbi ilə ayağa qalxan kanaklara qarşı qəddarlıqla güc tətbiq etməsinə, etirazçıları öldürməsinə şahidlik etdi.

Müstəmləkəçi ölkə Yeni Kaledoniyada törətdiyi qanlı əməllərin xarici aləmə sızmaması üçün informasiya blokadası həyata keçirir. Amma Azərbaycan Fransanın müstəmləkəsi altında saxladığı xalqların insan hüquqlarını pozmasını, müstəqillik tələb edənləri  həbs etməsini, öldürməsini beynəlxalq səviyyədə ifşa etməkdədir. Yəni Azərbaycan neokolonializmlə mübarizəyə qətiyyətlə öndərlik edir müstəqillik  uğrunda mübarizəyə qalxan yerli xalqların nümayəndələri Bakı Təşəbbüs Qrupu ətrafında birləşərək azadlıq səslərini daha gur şəkildə dünyaya çatdırırlar.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 23 iyun, № 129.- S.8.