Azərbaycan
və Çin klassik əsərlərinin
tərcüməsi və
nəşri ilə bağlı görüş
keçirilib
İyunun 21-də Azərbaycan
nümayəndə heyətinin
Çin tərəfi
ilə Pekin Dil və Mədəniyyət
Universitetində toplantısı
keçirilib. Görüş
zamanı Azərbaycan
Respublikasının Mədəniyyət
Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Mətbuat və Yayım Administrasiyası arasında 2022-ci ildə imzalanmış Anlaşma
Memorandumuna əsasən
hər iki ölkənin klassik əsərlərinin tərcüməsi
və nəşri ilə bağlı hazırkı vəziyyət
və görüləcək
işlər müzakirə
olunub.
Nazirlikdən
AZƏRTAC-a bildirilib ki, Milli Mətbuat və Yayım
Administrasiyasının birinci dərəcəli müfəttişi,
Mərkəzi Komitənin Təbliğat Şöbəsinin
İdxal və İxrac Bürosunun direktor müavini Cao Hayyun
nümayəndə heyətini salamlayıb və Çin-Azərbaycan
mədəni əməkdaşlığının davamı
olaraq tərcümə layihəsinin önəmini
vurğulayıb. Bildirib ki, layihə iki xalqın mədəni irsinin öyrənilməsi və
təbliğinə öz
töhfəsini verəcək.
Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi
nümayəndə heyəti Pekin Beynəlxalq Kitab Sərgisi
çərçivəsində Azərbaycanın
iştirakının təşkili ilə bağlı göstərilən
dəstəyə, eyni zamanda, Azərbaycanın mədəni
irsinə olan diqqətə görə təşəkkürünü
ifadə edib. Çin tərəfinə tərcümə
layihəsinin hazırkı
vəziyyəti ilə
bağlı məlumat
verilib, həmçinin
Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində iki xalqın mədəni əməkdaşlığının
genişləndirilməsi imkanlarını
müzakirə edilib. Çin tərəfi 10-cu
Bakı Beynəlxalq Kitab Sərgisində bir neçə Çin nəşriyyatının
iştirak edəcəyini
bildirib.
Görüş
Bakı Beynəlxalq Kitab Sərgisinin tanıtım
çarxının nümayişi ilə yekunlaşıb.
Azərbaycan.-2024.-
23 iyun, № 129.- S.11.