Azərbaycan-Çibuti
dostluq əlaqələri xoş ənənələrə əsaslanır
Cibuti
Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail
Ömər Gellehə
Hörmətli
cənab Prezident,
Cibuti
Respublikasının milli bayramı – Müstəqillik
Günü münasibətilə Sizə və Sizin
simanızda bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
çatdırıram.
Azərbaycan-Cibuti
dostluq əlaqələri xoş ənənələrə əsaslanır.
Bu gün ölkələrimiz arasında münasibətlərin
həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar
çərçivəsində inkişafı
üçün yaxşı imkanlar mövcuddur.
İnanıram ki, bu imkanlardan istifadə edərək
xalqlarımızın mənafeləri naminə dövlətlərarası
münasibətlərimizin genişlənməsi yolunda birgə
səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər,
dost Cibuti xalqına daim əmin-amanlıq və rifah
arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 24 iyun 2024-cü il
Azərbaycan.-2024.-
28 iyun, № 132.- S.1.