İlham
Əliyev ordunu gücləndirməkdə davam edir
Prezident
İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin
istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim
edilib
İyunun
26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevə İtaliya
Respublikasının “Leonardo” şirkətinin istehsalı olan
“C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim
olunub.
AZƏRTAC xəbər
verir ki, tədbirdə İtaliyanın müdafiə naziri
Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq
əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli,
“Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak
ediblər.
Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevə raport verdi.
Dövlətimizin
başçısına təyyarənin taktiki-texniki
xüsusiyyətləri, istismarı və digər göstəriciləri
barədə məlumat verildi. Bildirildi ki, təyyarə
mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində
həm müdafiə, həm də mülki müdafiə
tapşırıqlarını yerinə yetirməyə
qadirdir.
“C-27J Spartan”
tipli təyyarədən hərbi nəqliyyat,
paraşütçülərin və yüklərin havadan
atılması, eləcə də tibbi
tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında
istifadə olunacaq.
Azərbaycan.-2024.-
28 iyun, ¹ 132.- S.1-2.