Ceyhun
Bayramov Gürcüstanın
Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın
genişləndirilməsi məsələlərini
müzakirə edib
Gürcüstanda səfərdə
olan Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
iyunun 27-də bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan
Hökuməti Administrasiyasından
məlumat verilib.
Bildirilib ki, görüşdə
tərəflər iki
ölkə arasında
siyasi, iqtisadi, nəqliyyat, enerji və bir çox
strateji əhəmiyyətli
sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi
məsələlərini, eləcə
də regiondakı mövcud vəziyyəti müzakirə ediblər.
İqtisadi əməkdaşlığa
və regional əhəmiyyətli
layihələrə diqqət
yetirilib. İri infrastruktur
və enerji layihələrinin həyata
keçirilməsində birgə
səylərin vacibliyi
qeyd edilib.
Bakı-Tbilisi-Qars
dəmir yolu xətti, Qara dəniz sualtı elektrik kabeli və Anaklia dərin su limanı da daxil olmaqla tranzit
və logistika funksiyasının gücləndirilməsinə
yönəlmiş layihələrin
əhəmiyyəti xüsusi
vurğulanıb.
Söhbət zamanı,
həmçinin Azərbaycanın
COP29-a sədrliyi çərçivəsində
tərəfdaşlıq imkanları
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
28 iyun, № 132.- S.3.