Azərbaycan ilə
Gürcüstan arasında parlamentlərarası münasibətlərin
inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin müxtəlif qurumları, eləcə də parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Bildirilib ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayır.
Qeyd edilib ki,
regional sülhün və sabitliyin əldə olunmasında da
parlament diplomatiyası xüsusi rola malikdir.
Görüşdə,
həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər müzakirə edilib.
Azərbaycan.-2024.-
28 iyun, № 132.- S.3.