Bəzi
seçki dairələrinin
hüdudlarında qismən
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar ¹ 14/49
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının (bundan
sonra - Mərkəzi Seçki Komissiyası)
2023-cü il 19 sentyabr
tarixli 4/11 saylı Qərarı ilə ölkə üzrə seçki dairələrinin
yaradılması sxemi
və onun qrafik təsviri təsdiq edilmişdir.
"Azərbaycan Respublikasının
Ağdərə rayonunun
yaradılması haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli
Qanunu ilə Ağdam, Kəlbəcər
və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər
edilərək Ağdərə
rayonu yaradılmışdır.
Bununla əlaqədar
olaraq, seçki dairələrinin sərhədlərinin
müəyyən edilməsi
üzrə Mərkəzi
Seçki Komissiyasında
fəaliyyət göstərən
komissiya Seçki Məcəlləsinin tələbləri
nəzərə alınmaqla
bəzi seçki dairələrinin hüdudlarına
dair təkliflərini
Mərkəzi Seçki
Komissiyasına təqdim
etmişdir.
Belə ki, 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy,
118 saylı Ağdam şəhər, 119 saylı
Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin
hüdudlarında və
adlarında qismən dəyişikliklər edilməlidir.
Bundan əlavə
yerli şərait və digər şərtlər nəzərə
alınmaqla qanunvericiliyin
tələblərinə uyğun
olaraq seçicilər
üçün maksimum
əlverişli imkanlar
yaradılmasının zəruriliyi
də diqqət mərkəzində saxlanılmalıdır.
Qeyd edilənlərə
əsasən, Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 28.4-cü, 29-cu və 46-cı maddələrinə uyğun
olaraq qərara alır:
1. 96 saylı Goranboy,
97 saylı Tərtər-Naftalan-Goranboy,
118 saylı Ağdam şəhər, 119 saylı
Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan seçki dairəsi, 97 saylı Tərtər-Ağdərə-Goranboy
seçki dairəsi,
118 saylı Ağdam-Xocalı
seçki dairəsi,
119 saylı Ağdam seçki dairəsi, 124 saylı Şuşa-Ağdam-Xocavənd
seçki dairəsi adlandırılsın və
hüdudlarında qismən
dəyişikliklər edilsin.
2. Mərkəzi Seçki
Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində
bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
27.06.2024
Azərbaycan.-2024.-
28 iyun, ¹ 132.- S.6.