"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması namizədlərin qeydə alınması Qaydaları"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

Qərar ¹ 14/51

 

 

 

"Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 4 iyun tarixli 84 nömrəli Fərmanını rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,  19.14-cü, 28.2-ci 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2015-ci il 25 may tarixli 10/87 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2017-ci il 7 aprel tarixli 2/5 saylı, 2019-cu il 15 mart tarixli 1/3 saylı, 2021-ci il 3 sentyabr tarixli 3/9 saylı, 2023-cü il 6 fevral tarixli 1/2 saylı qərarları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması namizədlərin qeydə alınması Qaydaları"nın 1 saylı Əlavəsində mətn üzrə "Ədliyyə sahəsində xidmətlər baş idarəsi" sözləri "Notariat, qeydiyyat reyestr baş idarəsi" sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr      Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

 

27.06.2024

 

Azərbaycan.-2024.- 28 iyun, ¹ 132.- S.7.