Azərbaycan
ilə AİB arasında
tərəfdaşlığın 25 illiyi qeyd olunur
Asiya İnkişaf Bankının
(AİB) prezidenti Masatsuqu
Asakava Azərbaycan Respublikası ilə Bank arasında tərəfdaşlığın
25 illiyi münasibətilə
ölkəmizdə səfərdədir.
Maliyyə Nazirliyindən
AZƏRTAC-a bildirilib ki, ölkəyə
ilk rəsmi səfəri
çərçivəsində, iyunun 25-da Masatsuqu Asakava Bankın Rəhbərlər Şurasının
Azərbaycan tərəfindən
üzvü, maliyyə
naziri Samir Şərifov
və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər
keçirib. Görüşlərdə
AİB ilə Azərbaycan
arasında əməkdaşlığın
hazırkı vəziyyəti
və gələcək
istiqamətləri üzrə
konkret layihələr
əsasında müzakirələr
aparılıb.
4,2 milyard dollar həcmində
maliyyələşdirmə proqramları həyata keçirilib
Həmin gün Azərbaycan Milli Xalça
Muzeyində Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının və
hökumətin üzvləri,
Milli Məclisin deputatları,
dövlət və özəl sektoru təmsil edən iri şirkətlərin rəhbərləri, eləcə
də Azərbaycanda fəaliyyət göstərən
beynəlxalq maliyyə-iqtisadi
qurumların nümayəndəliklərinin
rəhbərlərinin iştirakı
ilə Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında tərəfdaşlığın
25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın
Asiya İnkişaf Bankı
ilə əməkdaşlığının
təməlinin Ümummilli
Lider Heydər Əliyev tərəfindən
qoyulduğu və onun təşəbbüsü
və göstərişi
ilə 1999-cu il 29 oktyabr
tarixində ölkəmizin
“Asiya İnkişaf Bankının
təsisi haqqında Saziş”ə qoşulmağı rəsmiləşdirdiyi
qeyd olunub. Ötən 25 il ərzində
Asiya İnkişaf Bankı
Azərbaycan Respublikası
hökumətinin prioritetləri
əsasında ölkəmizdə
həyata keçirilən
iqtisadi islahatlarda, infrastruktur layihələrinin
maliyyələşdirilməsində yaxından iştirak edib.
Qeyd olunub
ki, 2024-cü il aprelin 1-dək Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikası arasında həyata keçirilən
əməkdaşlıq çərçivəsində
4,2 milyard dollar həcmində
maliyyələşdirmə proqramları həyata keçirilib. Bundan başqa, Azərbaycan Hökumətinin cəlb etdiyi kreditlər üzrə həyata keçirilən layihə
və proqramların məbləği 3,2 milyard
dollar, dövlət müəssisələri tərəfindən
dövlət zəmanəti
ilə təmin edilmiş kreditlər əsasında həyata keçirilən layihə
və proqramlar üzrə 930 milyon dollar, bilavasitə özəl sektorun maliyyələşdirilməsi üzrə
62 milyon dollar ayrılıb, həmçinin
AİB tərəfindən ölkəmizdə həyata
keçirilən layihələrin
icrasına dəstək
göstərilməsi məqsədilə
qrant və texniki yardımlar göstərilib. Həmin əməkdaşlıq proqramları
nəqliyyat, dövlət
maliyyəsinin idarə
edilməsi, enerji, su, şəhər infrastrukturu və digər sektorları əhatə edib.
Samir Şərifov:
Azərbaycan AİB-in
simasında güclü
və etibarlı tərəfdaş qazanıb
Tədbirdə çıxış
edən AİB-in Rəhbərlər Şurasının
Azərbaycan tərəfindən
üzvü, maliyyə
naziri Samir Şərifov 25 il ərzində Azərbaycanın
AİB-in simasında güclü və etibarlı inkişaf tərəfdaşı qazandığını,
bu tərəfdaşlığın
bir çox uğurlu nəticələrinin
olduğunu, Bankın hökumətin prioritetləri
əsasında ölkəmizdə
həyata keçirilən
iqtisadi islahatlarda, infrastruktur layihələrinin
maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirib.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın 2030-cu ilədək
sosial-iqtisadi inkişafına
dair strategiya sənədi qəbul etdiyini xatırladaraq, milli prioritetlərə əsaslanan, iri, ambisiyalı inkişaf proqramlarını və layihələrini özündə
əks etdirən həmin Strategiyada qarşıya qoyulan vəzifələrin və
çağırışların yerinə yetirilməsində
uzunmüddətli, səriştəli
və sınanmış
iqtisadi-maliyyə tərəfdaşı
kimi AİB-in Azərbaycan Hökumətinə
maliyyə, texniki və məsləhət dəstəyini davam etdirəcəyinə əminliyini
ifadə edib.
Digər üzv
ölkələr kimi,
Azərbaycanın da Bankın mütərəqqi
təcrübəsindən və
texniki dəstəyindən
bəhrələndiyini vurğulayan
nazir son illərdə AİB-in texniki dəstəyindən
faydalanan benefisiarların
sayının artdığını
diqqətə çatdırıb,
bu sırada hökumət qurumlarını,
o cümlədən energetika,
vergi, sosial müdafiə, təhsil, kiçik və orta sahibkarlıq və özəl tərəfdaşları qeyd
edib.
AİB prezidenti: Azərbaycan
hökumətinin bərpa
olunan enerjiyə keçid istiqamətində
inamlı səylərini
görməkdən çox
şadam
1999-cu ildən etibarən
Azərbaycan ilə
AİB arasında tərəfdaşlığın
inklüziv, yaşıl
və çiçəklənən
Azərbaycana dəstək
olmağa yönəldiyini
vurğulayan prezident Masatsuqu Asakava bu məqsədlərə
nail olmağa davam etmək üçün Bankın
Azərbaycanla işləməyə
davam edəcəyini vurğulayıb.
O qeyd edib ki, AİB Asiya və Sakit Okean
regionu üçün
iqlimi dəstəkləyən
bank kimi xidmət göstərməyə
tam sadiqdir və Bank 2030-cu ilə qədər 100 milyard dollar həcmində iqlim maliyyələşdirməsini
təmin etməyi hədəfləyir: “Buna görə də mən Azərbaycan hökumətinin 2030-cu ilə
qədər bərpaolunan
enerjinin payını
30 faizə çatdırmaq
məqsədini də
nəzərdə tutan
enerjidə keçid istiqamətində inamlı
səylərini görməkdən
çox şadam. Həqiqətən də bu iddialı və təqdirəlayiq hədəfə nail olmaqda AİB sizi dəstəkləməyə davam
edəcək”.
AİB prezidenti bildirib
ki, Azərbaycan, həmçinin dayanıqlı
şəhər nəqliyyatı
üzrə e-mobillik, dəmir yollarının rəqəmsallaşdırılması, sürətli dəmir yolu, metro sisteminin
təkmilləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması və
təhlükəsiz su
təchizatının təmin
edilməsi kimi bir sıra innovativ
təşəbbüslərə diqqət yetirir. AİB yaşıl enerji, su resursları, bağlantıların yaradılması
və iqlimə davamlı infrastrukturun prioritetləşdirilməsi üçün
öz dəstəyini
təklif etməkdən
məmnundur.
COP29 iqlim dəyişikliyi
ilə bağlı aktual qlobal problemlərin
həllində Azərbaycanın
aparıcı rolunu gücləndirəcək
AİB-in COP29 tədbirinə
hazırlıq istiqamətində
Azərbaycanın fəaliyyətini
yüksək qiymətləndirdiyini
vurğulayan M.Asakava qeyd edib ki,
bu qlobal tədbir Azərbaycanı
iqlim dəyişikliyi
gündəliyinin ön
sıralarında yerləşdirəcək,
iqlim dəyişikliyi
ilə bağlı aktual qlobal problemlərin
həllində ölkənin
aparıcı rolunu gücləndirəcək.
Azərbaycana səfərləri
çərçivəsində iyunun 26-da AİB prezidenti Şamaxı və Qaradağ rayonlarına səfər edib. Şamaxı rayonuna səfər zamanı qonaq üzümçülük
və şərabçılıq
müəssisəsi ilə
tanış olub, ona rayonun tarixi,
sosial-iqtisadi, mədəni
həyatı, turizm potensialı, habelə şərabçılığın inkişafı ilə bağlı həyata keçirilən layihələr
barədə məlumat
verilib.
Qaradağ rayonuna
səfər zamanı
isə Masatsuqu Asakava burada AİB tərəfindən 21,4 milyon
dollar kreditlə birgə maliyyələşdirilən
230 meqavat gücündə
Günəş elektrik
stansiyasına baş çəkib. Stansiya
AİB-in Azərbaycanda
ilk bərpaolunan enerji layihəsidir və ölkədə uzunmüddətli beynəlxalq
inkişafın maliyyələşdirilməsini
əhatə edən özəl sektorun bərpa olunan enerji sahəsinə ilk əhəmiyyətli investisiyasıdır.
AİB prezidentinin Azərbaycana
səfəri çərçivəsində
Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində
AİB-Azərbaycan Tərəfdaşlığının
25-ci ilinə həsr olunmuş tədbirdə iştirak edəcək, həmçinin ADA Universitetində
“Dünyanın zirvələri
əriyir: Azərbaycandakı
buzlaqları qorumaq üçün müştərək
fəaliyyətə çağırış”
mövzusunda çıxış
edəcək.
Azərbaycan.-2024.-
28 iyun, № 132.- S.8.