Büdcə xərcləri artırılır

 

 

Qarabağ Şərqi Zəngəzurun bərpasına ayrılan vəsait  10 milyard manata yaxın olacaq

 

 

 

"2024-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsində büdcənin gəlirləri 36 milyard 353 milyon manat proqnozlaşdırılıb ki, bu da hazırkı gəlirlərlə nisbətdə 2 milyard 180 milyon manat ya 6,4 faiz artım deməkdir. Büdcənin xərcləri isə 3 milyard manat artırılaraq 39,9 milyard manata çatdırılır".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, artan büdcə gəlirlərinin əsas mənbəyini, təxminən 60 faizini ya 1,3 milyard manatını qeyri-neft yığımları təşkil edəcək. Neft gəlirlərinin məbləği cəmi 605 milyon manat təşkil edəcək ki, bu da cəmi gəlirlərin 28 faizi deməkdir. Bu isə o deməkdir ki, büdcənin 2,2 milyard manat artımı neft-qaz sektoru hesabına deyil, qeyri-neft yığım mənbələrinin genişlənməsi hesabına təmin olunacaq. Deputatın sözlərinə görə, büdcədə dürüstləşmələr aparıldıqdan sonra xərclərin artımı əlavə maliyyə təminatının yaradılmasına səbəb olacaq: "2024-cü il dövlət büdcəsinin artırılan əlavə xərclərinin məbləği 2,9 milyard manata bərabərdir ki, həmin xərclərin təxminən 2,1 milyard manatı işğaldan azad edilmiş ərazilərin bərpa quruculuq işlərinə yönəldiləcək. Bu isə ölkəmizdə birnömrəli vəzifə olan azad edilmiş ərazilərin quruculuq işlərinin daha geniş miqyas alması ritminin artırılmasına əlavə güc maliyyə təminatı olacaq. Bununla da büdcədə 2024-cü il üzrə Qarabağ Şərqi Zəngəzurun bərpası xərcləri 9,9 milyard manata çatacaq".

A.Hüseynov vurğulayıb ki, büdcədə xərclərin artırılmasından sonra digər əsas xərc maddəsi kimi strateji məqsədlərdən biri olan milli təhlükəsizlik məsələlərinin maliyyə təminatının daha da yaxşılaşdırılması prioritetlilik təşkil edəcək. Bu sahəyə əlavə yönələn xərclərin məbləği 705 milyon manata bərabərdir. Bununla da büdcədə müdafiə milli təhlükəsizlik xərclərinin həcmi 7 milyard 126,3 milyon manata çatmış olacaq.

Deputat deyib ki, yenidən baxılma ilə 2024-cü il icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 4482,5 milyon manat ya 11,5 faiz çoxdur. "Büdcənin xərcləri isə 45 milyard 591,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,6 milyon manat ya 7,6 faiz çoxdur. Büdcə 2,1 milyard manat kəsirlə proqnozlaşdırılır. İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 36 milyon manat  ya 16,9 faiz artmış olacaq. Fondun büdcəsinin xərcləri isə 4,7 milyon manat çoxdur. Dövlət Sosial Müdaiəsi Fondunun büdcəsinin gəlirləri xərcləri bərabər olaraq 30 milyon manat artırılmaqla 6 milyard 949,9 milyon manat təşkil edəcək", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, İcbari Tibbi Sığorta Fondunun gəlir xərcləri bərabər olaraq 38,9 milyon manat artırılmaqla 2 milyard 850,3 milyon manata çatacaq. İşsizlikdən Sığorta Fondunun gəlirləri xərcləri isə 238 milyon manat proqnozlaşdırılır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 28 iyun, № 132.- S.8.