Azərbaycan
hərbi nəqliyyat parkını yeniləyir
İtaliyanın
"C-27J Spartan" təyyarəsindən
əsasən NATO ölkələri
istifadə edir
Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra dünyanın bir çox inkişaf etmiş ölkələri ilə ikitərəfli əlaqələr
qurmağa başladı.
Bu əlaqələr qarşılıqlı əməkdaşlığa
və marağa əsaslanırdı. Belə
ölkələrdən biri
də İtaliyadır.
İtaliya ilə
Azərbaycan arasında
olan çoxsahəli münasibətlərin xüsusi
yeri və çəkisi var.
Demək olar ki, artıq İtaliya ölkəmiz üçün mühüm
tərəfdaşlardan birinə
çevrilib. Qarşılıqlı
diplomatik münasibətlərimizin
isə 32 illik tarixi var. 1992-ci il mayın 8-də qurulmuş diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra
daha da möhkəmlənmişdir.
1997-ci ilin martında
İtaliya hökuməti
Cənubi Qafqaz ölkələri arasında
ilk dəfə olaraq Azərbaycanda öz səfirliyini açmışdır. 2003-cü ilin dekabr ayında
isə Azərbaycanın
İtaliyada səfirliyi
təsis edilmişdir.
1997-ci ilin 25-28 sentyabrında
Ümummilli Lider Heydər Əliyevin İtaliyaya rəsmi səfəri münasibətlərin
inkişafına güclü
təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iqtisadi münasibətlərin
inkişafında xüsusi
rol oynamışdır.
Bu səfər nəticəsində bağlanan
"İqtisadi əməkdaşlıq
haqqında Birgə Bəyanat", "İnvestisiyaların
qorunması və həvəsləndirilməsi haqqında
müqavilə" iki
ölkə arasında
iqtisadi münasibətlərin
inkişafında xüsusi
əhəmiyyət kəsb
etmişdir.
Bu istiqamətdə
də Heydər Əliyevin kursunu davam etdirən Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri
və imzalanan sənədlər qarşılıqlı
əlaqələrin daha
da dərinləşməsinə
böyük töhfələr
vermişdir. Dövlətimizin
başçısının 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri ikitərəfli
münasibətlərə xüsusi
təkan vermişdir. Səfər çərçivəsində
Azərbaycan-İtaliya Birgə
Bəyannaməsi qəbul
olunmuş və əməkdaşlığa dair
müvafiq sənədlər
imzalanmışdır. Hər
iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər dövlətlərarası əlaqələri
daha da möhkəmləndirmişdir.
44 günlük Vətən
müharibəsində də
İtaliya Azərbaycanla
həmrəylik nümayiş
etdirmişdir. Uzun illərin dostluğunun və qarşılıqlı
əməkdaşlığın nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma
işlərinə qoşulan
ilk ölkələrdəndir.
İtaliya şirkətləri
bu gün Qarabağ və Şərqi Zəngəzurda
quruculuq işlərində
fəal iştirak edirlər.
Bu günlər
dünya iki ölkə arasında əməkdaşlığın daha bir nümunəsini
gördü. İyunun
26-da Azərbaycanda İtaliyanın
"Leonardo" şirkətinin
istehsalı olan
"C-27J Spartan" tipli
hərbi nəqliyyat təyyarəsinin təqdimat
mərasimi keçirildi.
Azərbaycanın müdafiə
naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevə raport verdikdən sonra hərbi nəqliyyat təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.
Təqdimat mərasimində
İtaliyanın müdafiə
naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin
müavini Edmondo Çirielli, "Leonardo"
şirkətinin prezidenti
Stefano Pontekorvo iştirak edirdilər. Dövlətimizin başçısına
təyyarənin taktiki-texniki
xüsusiyyətləri, istismarı
və digər göstəriciləri barədə
ətraflı məlumat
verildi. Bildirildi ki, təyyarə mürəkkəb coğrafi
relyef və əməliyyat şəraitində
həm müdafiə,
həm də mülki müdafiə tapşırıqlarını yerinə
yetirməyə qadirdir.
"C-27J Spartan" tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların
yerinə yetirilməsi
əməliyyatlarında da
istifadə etmək mümkündür.
Prezident İlham
Əliyev İtaliyanın
müdafiə naziri Quido Krosetto ilə görüşündə
bildirdi ki, Azərbaycan ilə İtaliya bir çox sahələrdə
strateji tərəfdaş
kimi fəaliyyət göstərir. "Azərbaycan
Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında"
Birgə Bəyannamə
əlaqələrin əsasını
təşkil edir.
"Avropa məkanında
ticarət əlaqələrimizin
böyük hissəsi
İtaliyanın payına
düşür və
ticarət dövriyyəmiz
15 milyard dolları ötüb. Bir çox İtaliya şirkətləri Azərbaycanda
uğurla fəaliyyət
göstərir. Neft-qaz
sahəsindəki əməkdaşlığımız
təkcə ölkələrimiz
üçün deyil,
bütün Avropa məkanı üçün
önəm daşıyır",
- deyə Prezident İlham Əliyev qeyd etdi.
Azərbaycan Prezidenti
əməkdaşlığın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxundu
və vurğuladı
ki, İtaliya-Azərbaycan
Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün
hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.
İtaliyanın müdafiə
naziri Quido Krosetto isə iki ölkə arasında müdafiə sənayesi sahəsində
əməkdaşlığın başlanmasından məmnunluğunu
bildirdi. Xatırlatdı
ki, o, bundan öncə - ötən il yanvarın 12-də Azərbaycanda səfərdə
olub. Səfər zamanı iki ölkənin müdafiə
nazirləri hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın
daha da genişləndirilməsini
müzakirə ediblər,
təlim və təhsil sahəsində əməkdaşlıq haqqında
niyyət protokolu imzalayıblar.
Məlumat üçün
bildirək ki, hazırda dünyanın
10-dan çox ölkəsinin
hərbi hava qüvvələrində "C-27J Spartan" təyyarəsindən
istifadə olunur. Bu ölkələrin arasında İtaliya,
ABŞ, Yunanıstan, Bolqarıstan,
Rumıniya, Sloveniya, Slovakiya, Litva kimi NATO ölkələrinin
adları var. Bundan sonra bu
hərbi nəqliyyat təyyarəsindən istifadə
edən ölkələrin
sırasına Azərbaycanın
da adı yazılacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
28 iyun, № 132.- S.9.