Böyük
qayıdış daha
da sürətlənəcək
Dövlət büdcəsinə edilən
dəyişikliklərdən sonra bunun üçün
əlavə vəsait
ayrılacaq
Məlum olduğu
kimi, Milli Məclisin iyunun 25-də keçirilən növbədənkənar
sessiyasının növbəti
plenar iclasında
"Azərbaycan Respublikasının
2024-cü il dövlət
büdcəsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda
qəbul olunub.
Əvvəla qeyd
edək ki, dövlət büdcəsinə
yenidən baxılmanı
bir sıra amillər şərtləndirmişdir. Bunlardan
biri "Böyük qayıdış" Dövlət
Proqramında nəzərdə
tutulan tədbirlərin
həyata keçirilməsi
üçün əlavə
maliyyə təminatının
yaradılmasıdır. Ölkəmizin
ərazi bütövlüyü
və suverenliyinin tam bərqərar edilməsindən sonrakı
dövrdə də dövlətin müdafiə
qabiliyyətinin və
milli təhlükəsizliyinin
möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının
müasirləşdirilməsi istiqamətində tədbirlərin
davam etdirilməsi üçün
əlavə maliyyə
təminatının yaradılması
da həmin amillərdəndir. Daha bir amil isə yeni infrastruktur layihələrinin həyata keçirilməsi, habelə
beynəlxalq fəaliyyət
və tədbirlər
üzrə xərclərdir
və s.
Əlavə maliyyə
təminatının yaradılması
üçün cari ilin büdcə gəlirlərinin mövcud
vəziyyəti və
dinamikası etibarlı
zəmin yaratmışdır. Cari ilin ötən dövrü ərzində
dövlət büdcəsinin
gəlirlərinin proqnozlara
qarşı əhəmiyyətli
dərəcədə çoxalması,
proqnozun yenilənməsi
və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3 milyard
manat artırılması
2024-cü ilin dövlət
büdcəsində əlavə
maliyyə resurslarının
formalaşmasını və
bölünməsini gündəmə
gətirmişdir. Belə
ki, bu ilin
ilk 4 ayında ölkədə 38,2 milyard
manatlıq, o cümlədən
qeyri-neft-qaz sektorunda
24,2 milyard manatlıq
ÜDM istehsal olunmuşdur.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə
ÜDM real ifadədə
4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artmışdır. Cari ildə inflyasiya tempi azalmaqda davam etmiş, orta illik inflyasiya
0,7 faiz səviyyəsində
qərarlaşmışdır.Yanvar-aprel ayları üzrə qeyd olunan göstəricilər
dövlət büdcəsinin
gəlirlərinin artımını
şərtləndirmişdir. Bu dövrdə dövlət büdcəsinin gəlirləri
12 milyard 144,3 milyon manat proqnoza qarşı 13 milyard 259,4 milyon manat və
ya 109,2 faiz təşkil etmişdir.
Yenilənmiş makroiqtisadi
proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət
büdcəsinin gəlirlərinin
faktiki icra vəziyyəti və dövlət büdcəsində
əlavə fiskal məkandan istifadə imkanları bu il üzrə
gəlir proqnozuna yenidən baxılması üçün şərait
yaratmışdır. Qanun
layihəsində də
qeyd olunmuşdur ki, zəruri əlavə xərclərin
maliyyə təminatının
mənbələri kimi makroiqtisadi sabitliyə xələl gətirməyən, orta və uzunmüddətli inkişaf ssenarilərini dəstəkləyən gəlirlər
və maliyyələşmə
alətləri çıxış
edir.Yenidən baxılma
ilə 2024-cü il dövlət büdcəsində
gəlirlər 36 milyard
353 milyon manat, xərclər 39 milyard
707,3 milyon manat məbləğində proqnozlaşdırılmışdı.
Milli Məclisdə
iyunun 25-də keçirilmiş
müzakirələr zamanı
parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının
2024-cü il dövlət
büdcəsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
qanun layihəsini (üçüncü oxunuş)
təqdim etmişdir. Komitə iclasında üçüncü oxunuşda
müzakirə edilən
qanun layihəsinə dair layihə təşəbbüskarları tərəfindən dəyişiklik
irəli sürüldüyü
deyilmişdir. Bildirilmişdir
ki, təklif olunan dəyişikliyə
əsasən, dövlət
büdcəsinə Dövlət
Gömrük Komitəsinin
xətti ilə daxilolmaların həcmi
500 milyon manat əvəzinə 535 milyon
manat artırılaraq,
6 milyard 435 milyon manata çatdırılır.
Qeyd edilmişdir ki, əlavə 35 milyon manat daxilolmaların
Əlavə Dəyər
Vergisinin (ƏDV) həcminin
artması hesabına təmin olunacağı ilə izah edilir.
Dəyişiklik nəticəsində
dövlət büdcəsinin
qeyri-neft-qaz gəlirləri
18 milyard 619 milyon manat təşkil edəcək. Bununla yanaşı, dövlət
büdcəsinin xərclərində
də Dövlət Gömrük Komitəsinin
xərclərinin 35 milyon
manat artırılması
təklif olunur.
Diqqətə çatdırılmışdır
ki, nəticədə
ilkin təqdim olunmuş rəqəmə
nisbətən, dövlət
büdcəsinin gəlirləri
0,1 faiz artırılaraq
36 milyard 388 milyon, dövlət büdcəsinin
xərcləri 0,1 faiz
artırılaraq 39 milyard
742,3 milyon, dövlət
büdcəsinin cari xərcləri 0,1 faiz artırılaraq
23 milyard 59,4 milyon manat təşkil edəcək. İcmal büdcənin gəlirləri,
ilkin təqdim olunmuş rəqəmə
nisbətən 0,1 faiz
artırılaraq 43 milyard
515 milyon, xərcləri
isə 0,1 faiz artırılaraq 45 milyard
626,8 milyon manat olacaq.
Həmin gün
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət Sosial Müdafiə Fondunun
2024-cü il büdcəsi
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə və
"İşsizlikdən Sığorta
Fondunun 2024-cü il büdcəsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
qanun layihələrinə
dair məlumat vermişdir.
Hər iki sənəd barədə birinci və ikinci oxunuş zamanı geniş məlumat verildiyini deyən komitə sədri bir daha xatırlatmışdır
ki, təqdim edilmiş sənədlərə
əsasən, Dövlət
Sosial Müdafiə Fondunun 2024-cü il üçün dürüstləşdirilmiş
gəlir və xərcləri bərabər
olaraq 30 milyon manat artırılaraq 6 milyard 949 milyon 860 min manat təşkil
edəcək. Qeyd olunmuşdur ki, İşsizlikdən Sığorta
Fondunun 2024-cü il üçün dürüstləşdirilmiş
büdcəsi 4,7 milyon
manat artırılacaq
və bu artım qeyri-büdcə sektoru üzrə baş verəcək.
İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili bu iki məsələ barədə onun rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlamışdır.
İclasda 2024-cü ilin
dövlət büdcəsində,
Dövlət Sosial Müdafiə və İşsizlikdən Sığorta
fondlarının büdcələrində
dəyişikliklərlə bağlı qanun layihələri ayrı-ayrılıqda
səsə qoyularaq üçüncü oxunuşda
qəbul olunmuşdur.
Dövlət büdcəsinə
dəyişikliklə bağlı
qanun layihəsi
2024-cü ildə ölkəmiz
qarşısında yaranacaq
çağırışlara layiqli cavab vermək
və bütün istiqamətlərdə dövlət
siyasətini uğurla
həyata keçirmək
üçün mühüm
maliyyə bazası yaradacaq.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
28 iyun, ¹ 132.- S.9.