Armen Qriqoryanın sərsəmləməsi revanşizmin təzahürüdür

 

 

Sülh müqaviləsinin imzalanması üçün yaranmış mühüm kövrək məqamda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hədsiz, həyasız bir o qədər reallıqdan uzaq iddiaları ilə əslində İrəvanın barışa yox, revanşa kökləndiyini açıq şəkildə ortaya qoydu. A.Qriqoryanın sərsəm sayıqlamalarına görə guya Qarabağı Rusiya Ermənistanın əlindən alıb Azərbaycana verib.

Ermənistanın Qafqazda bir dövlət kimi mövcudluğunun, Qarabağa ermənilərin köçürülməsinin özü belə tarixən Rusiyanın Cənubi Qafqaz siyasətinin nəticəsidir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarını işğal edə bilməsi məhz Rusiya ordusunun köməyi ilə mümkün olub. Ermənistanın öz gücünə qalsa idi, torpaqlarımızın həndəvərinə belə yaxın düşə bilməzdi, o ki qala zəbt edəydi. Ermənistan havadarlarının köməyi ilə 30 illik zaman ərzində işğal siyasəti həyata keçirdi, ərazilərimizi özününküləşdirmək üçün bütün beynəlxalq qanunlara qarşı çıxdı, sülh danışıqlarına gəlmədi. Bu müddət ərzində Ermənistan guya "Qarabağın erməni torpağı olması, ordularının məğlubedilməzliyi kimi" uydurduğu miflərlə özünü aldatmaqla məşğul oldu. Hətta ermənilər bu yalan-palan quraşdırmalarına o qədər inandılar ki, Azərbaycanın cəmi 44 gün ərzində həm Qarabağı işğaldan azad etməsini, həm "yenilməz erməni ordusu"nun külünü göyə sovurmasını indinin özünə qədər anlaya həzm edə bilmirlər.

 

 

 

oldu, Paşinyan?

 

 

 

Ermənistanın iqtidarı müxalifəti, revanşistlərə başçılıq edən erməni keşişləri hələ "məğlubedilməz", əslində isə fərarilərdən, qorxaqlardan ibarət ordularının hərb meydanında Azərbaycanın "dəmir yumruğ"u, Bakının siyasi qətiyyəti qarşısında cəmi 44 günə diz çökməsinin vahiməsindən qurtula bilməyiblər. Buna görədir ki, gerçəklikləri qəbul etməkdənsə, biabırçı məğlubiyyətlərini yalan pərdəsi, absurd iddialarla ört-basdır etmək üçün çabalayırlar.   

Axı 30 il idi ki, Qarabağı Ermənistana birləşdirmək üçün Qərb mərkəzlərini səfərbər etmişdilər. Azərbaycan ərazilərini özününküləşdirmək üçün oradakı tarixi, dini, mədəni abidələrimizə saxta erməni nişanları pərçimləyirdilər, qondarma qurumlarına Şuşada parlament binası tikirdilər. Bir sözlə, torpaqlarımızda at oynatmaq istəyirdilər, amma bu mənfur istəkləri başlarında çatladı...

Quduz erməni iştahasının sonu heçə, puça çevrildi. 44 günlük Vətən müharibəsi, üstəgəl 23 saatlıq antiterror tədbirləri sayəsində torpaqlarımız işğaldan azad edildi, Qarabağda separatizmin kökü kəsildi...

Ərazilərimizdən qovulan Ermənistanın gülünc halı isə Qalib Lider İlham Əliyevin bir cümlə ilə ifadə etdiyi " oldu, Paşinyan?" kimi dillərə düşən xalq zərb məsəlinə çevrildi.

 

 

 

Revanşizm xülyalarından əl çəkilməlidir

 

 

 

Təbii ki, erməni revanşistlər üçün bu sarsıdıcı məğlubiyyəti qəbul etmək çətindir. Ona görə işləri-gücləri Azərbaycanın qələbəsini onun-bunun adına yazmaqdan ibarətdir. Gah Türkiyənin, gah Rusiyanın, gah da digər ölkələrin Azərbaycana kömək etdiyi kimi həqiqətdən uzaq fikirlər səsləndirirlər. Bunu A.Qriqoryanın iddialarından da aydın görürük. 

Vətən müharibəsində Azərbaycan təkbaşına düşmənlə döyüşə atılaraq onun 30 il ərzində qurduğu istehkamları məhv etdi, basdırdığı minalı sahələrdən keçərək addım-addım torpaqlarını azadlığa qovuşdurdu, yerdə, göydə işğalçılara aman verməyərək nəfəslərini birdəfəlik kəsdi. 44 günlük müharibədə Ermənistan ordusunun 10 mindən çox fərarisinin olmasının, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktının imzalanmasının, Ağdamın, Kəlbəcərin, Laçının döyüşsüz qaytarılmasının fonunda da bu ölkənin hansı biabırçı məğlubiyyətə uğramasını dünya görüb. Eləcə Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir kəlməsi ilə Qazaxın 4 kəndinin azad edilməsi Cənubi Qafqazda bütün şərtləri Azərbaycanın diktə etdiyini ortaya qoyur. 

Şübhəsiz, bunları A.Qriqoryan, bütün Ermənistan hakimiyyəti erməni revanşistlər bilir. Sadəcə onlar Azərbaycan tərəfindən biabırçı məğlubiyyətə uğramalarını ört-basdır etmək üçün müxtəlif spekulyasiyalara əl atırlar.

"Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir". Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibinin Qarabağın guya Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı iddiasına münasibət bildirərkən deyib.

Hikmət Hacıyev bildirib: "Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik".

 

 

 

Nə qədər ki, gec deyil...

 

 

 

Dünya da gördü ki, Azərbaycan 2020-ci ildə müharibə meydanında təkbaşına vuruşaraq haqqı, ədaləti özü bərpa etdi. Baxmayaraq ki, həmin zaman Ermənistan həm hərbi, həm də siyasi, diplomatik baxımdan Qərbdəki himayədarlarından böyük dəstək gördü. Postmüharibə dövründə də İrəvan riyakar dəstəkçilərindən kömək alır. Müstəmləkəçi Fransa ilə Ermənistan arasında "Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə müqavilənin imzalanması buna sübutdur. Ermənistanı revanşa iştahlandıran da elə bu kimi hallardır.

Lakin nə qədər ki, gec deyil, Ermənistan ağlını başına toplamalı və Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun təklif etdiyi bütün şərtləri yerinə yetirərək sülh müqaviləsini imzalamalıdır. Əks təqdirdə, olanlara görə bütün məsuliyyəti İrəvan və onun havadarları daşıyacaqlar. 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.- 2024.- 28 iyun, ¹ 132.- S.9.